İlham Əliyevdən yeni TƏYİNAT
![İlham Əliyevdən yeni TƏYİNAT İlham Əliyevdən yeni TƏYİNAT](https://anews.az/photo/850x500/2016-03/1457334392_1-1.jpg)
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) yeni təyinatlar olub.
APA-nın əldə etdiyi məlumata görə, prezident İlham Əliyevin imzaladığı sərəncamla İsmayıl Bağırov DTX-nin rəis müavini təyin edilib.
İ. Bağırov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində (MTN) yüksək vəzifələrdə çalışıb, sonradan MTN-dən uzaqlaşdırılıb. Mədət Quliyev DTX rəisi təyin olunandan sonra isə təcrübəli mütəxəssis kimi yenidən xidmətə qaytarılıb.
DTX rəisi, general-leytenant Mədət Quliyevin imzaladığı müvafiq əmrlə isə Əli Şəfiyev Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsinə təyinat alıb.
Ə. Şəfiyev milli təhlükəsizlik nazirinin müavini olub.
DTX-nin bütün idarələrinə də yeni rəislər təyin olunub.
DTX-dan yeni təyinatların olduğu barədə məlumatı təsdiqləyiblər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)