• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Prezident yanında Təhsil üzrə Komissiya ləğv edildi

Prezident yanında Təhsil üzrə Komissiya ləğv edildi
09.03.2016 19:44
Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya ləğv edilib.

ANN.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı bu gün Azərbaycan prezidenti İlham Əliyev - "Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 may tarixli 831 nömrəli Sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb.

Dövlət başçısının sərəncamları ilə "Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 fevral tarixli 1306 nömrəli və "Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın yeni tərkibinin təsdiq edilməsi haqqında” 24 may 2013-cü il tarixli sərəncamları da ləğv edilib.

Qeyd edək ki, Komissiyanın sonuncu tərkibi Azərbaycan prezidenti İlham Əliyevin 24 may 2013-cü il tarixli sərəncamı ilə təsdiqlənib. 

Həmin sərəncama əsasən, Komissiyanın  sədri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev,  Komissiyanın üzvləri isə Baş nazirin müavini Elçin Əfəndiyev, AMEA prezidenti Akif Əlizadə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri Mikayıl Cabbarov, ədliyyə naziri Fikrət Məmmədov, iqtisadiyyat naziri Şahin Mustafayev,  maliyyə naziri Samir Şərifov,  gənclər və idman naziri Azad Rəhimov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə olub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
10:28
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cəmiyyət 10:08
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cavid Hüseynovun məhkəməsi başlayıb
Cəmiyyət 09:47
Cavid Hüseynovun məhkəməsi başlayıb
Milli Məclisin deputatına ağır itki
Cəmiyyət 09:37
Milli Məclisin deputatına ağır itki
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Cəmiyyət 09:26
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Direktor olmaq istəyənlərin nəzərinə
Cəmiyyət 09:25
Direktor olmaq istəyənlərin nəzərinə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol