• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Komissiyasının yeni tərkibi açıqlandı - SİYAHI

Dövlət Komissiyasının yeni tərkibi açıqlandı - SİYAHI
29.05.2020 02:41
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibi açıqlanıb.

Trend Dövlət Komissiyasının saytına istinadən məlumat verir ki, tərkibi Azərbaycan Prezidentinin 30 oktyabr 2015-ci il tarixli sərəncamına uyğun olaraq müəyyənləşən Dövlət Komissiyasının sədri general-leytenant, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, katibi Firudin Sadıqovdur.

Komissiyanın İşçi qrupunun rəhbəri İsmayıl Axundov, İşçi qrupu rəhbərinin müavini Eldar Səmədovdur.

Komissiyasının üzvləri isə daxili işlər nazirinin müavini Oruc Zalov, xarici işlər nazirinin müavini Xələf Xələfov, səhiyyə nazirinin müavini Abbas Vəlibəyov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov, hərbi prokuror Xanlar Vəliyev, müdafiə nazirinin müavini Kərim Vəliyev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, Şuşa rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş direktoru Aslan Aslanov, təhsil nazirinin müavini Ceyhun Bayramov, Milli Məclisin sabiq deputatı Rəbiyyət Aslanova, Milli Məclisinin deputatı, AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, deputat, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, deputat, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, deputat, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, deputat, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə, deputat, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri Novruz Aslanov, Azərbaycan Qadınları Bakı Assosiasiyasının sədri Zərifə Salahova, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Salman Musayev, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Olaylar" İnformasiya Agentliyinin baş direktoru Yunis Əliyev, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidov və "Azernews" qəzetinin baş redaktoru Sevil Mikayılovadır.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol