• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncədə sürücünün özünü yandırmasının - TƏFƏRRÜATLARI

Gəncədə sürücünün özünü yandırmasının - TƏFƏRRÜATLARI
25.03.2016 15:08
Gəncə şəhərində sürücünün özünü yandırması faktının təfərrüatları açıqlanıb.

Gəncə şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğundan APA-ya daxil olan birgə məlumatda qeyd olunur ki, martın 24-də Göygöl rayon sakini, 1970-ci il təvəllüdlü Məmmədəliyev Nəzər Tofiq oğlunun özünü yandırması faktına görə Gəncə şəhər Prokurorluğunda Cinayət Məclləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. 

Aparılmış ilkin araşdırma zamanı müəyyən edilib ki, martın 24-də saat 21:30 radələrində N. Məmmədəliyev idarə etdiyi "VAZ-2102” markalı 22 BB 116 dövlət qeydiyyat nişanlı avtomobili ilə "dayanma, keçmə qadağandır” yol nişanının tələbini pozduğuna görə Gəncə şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. 

N. Məmmədəliyevin sərxoş vəziyyətdə avtomobili idarə etməsi müəyyən edildiyindən o, Gəncə rayonlararası narkoloji dispanserinə aparılaraq orada müayinədən keçirilib. 
Müayinədən sonra onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyənləşdirilib və idarə etdiyi avtomobil Gəncə Dövlət Yol Polisi Şöbəsinin cərimə meydançasına aparılıb.

Bundan sonra N.Məmmədəliyev əşyalarını götürmək adı ilə maşına yaxınlaşıb və avtomobilin salonundan plastik qabda olan yandırıcı məhlulu götürüb və üzərinə tökərək özünü yandırıb. Orada olan polis əməkdaşlarının səyi ilə dərhal yanğın söndürülüb və N.Məmmədəliyev Gəncə şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Hazırda başlanmış cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol