• $
  • €
  • ₽
  • ₺
  • £

“Moskva univermağı” qarət olundu

“Moskva univermağı” qarət olundu
31.03.2016 10:24
Bakının Nəsimi rayonundakı iri ticarət mərkəzlərindən birində oğurluq hadisəsi baş verib.
 
ANS PRESS-in məlumatına görə, hadisə rayonun Cavadxan küçəsi 5 ünvanında yerləşən Moskva univermağında qeydə alınıb.

Gecə vaxtı univermağa gələn naməlum şəxslər qapını sındıraraq içəri daxil olublar. Ticarət mərkəzindən xeyli miqdarda qızıl- zinət əşyaları götürən qarətçilər dərhal oranı tərk ediblər. Ticarət Mərkəzinin mühafizəçisi hadisə vaxtı yatdığından oğurluqdan xəbəri olmayıb.

Mühafizəçi baş verənlərdən xəbər tutandan sonra polisə məlumat verib. Oğurluq baş verən əraziyə və nəzarət kameralarına polis tərəfindən baxış keçirilib. Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Oğurluqda iştirak edən digər şəxslərin axtarışları davam edir. Faktla əlaqədar Nəsimi rayon polis idarəsində Cinayət məcəlləsinin 177-ci, yəni oğurluq maddəsi ilə cinayət işi başlanılıb.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol