• $
  • €
  • ₽
  • ₺
  • £

Şahbaz Xuduoğlu polisə müraciət etdi

Şahbaz Xuduoğlu polisə müraciət etdi
31.03.2016 12:47
Azərbaycanda kitab çapı ilə məşğul olan "Qanun” nəşriyyatının əməkdaşı şirkətə külli miqdarda ziyan vurub.

Modern.az xəbər verir ki, bu barədə nəşriyyatın direktoru Şahbaz Xuduoğlu polisə müraciət edərək məlumat verib. Ş.Xuduoğlu bildirib ki, əməkdaşlıq etdikləri Qazax rayon sakini, 1989-cu il təvəllüdlü Seymur Həsənov 2015-ci ilin sentyabr ayından bu ilin mart ayına kimi nəşriyyatın anbarından məntəqələrə paylamaq adı ilə götürdüyü kitabları 5916 manata satıb, lakin şirkətə ödəniş etməyib. S.Həsənov həmin məbləği mənimsəyib. Araşdırma aparılır.
Şahbaz Xuduoğlu "Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin şəxs bundan öncə də başqa nəşriyyatlarda oxşar əməllər törədib:

"Seymur Həsənov nəşriyyatın kitab yayımında işçi olub. Oradan kitabları götürüb mağazalara paylayıb. Qeyd edilən müddətdə isə kitabları həmin marketlərə paylamaq əvəzinə başqa müxtəlif yerlərdə daha ucuz qiymətə satıb. Marketlərə satdığı qisminin də pulunu götürüb və heç birini nəşriyyata ödəməyib.

Bizim mühasibatlıq bunu aşkar edəndən sonra özünü və valideynlərini də dəvət edib danışdıq. Bəlli oldu ki, əvvəldən də başqa nəşriyyatlarda bu cür fəaliyyətlə məşğul olub. Şirkətin nümayəndəsi bu barədə polisə müraciət etdi.

Hazırda təhqiqat aparılır, buna görə də Seymur Həsənovun özü ilə bağlı hələ ki, bir tədbir seçilməyib”.  

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol