• $
  • €
  • ₽
  • ₺
  • £

Hər şey bitdi... - KÖŞƏ

Hər şey bitdi... - KÖŞƏ
01.04.2016 17:00
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən 5 nəfərə hökm oxundu və Elşən İsmayılov, Arif Əliyev, Kənan Mədətov, Samir Mustafayev, Camal Məmmədov ümumilikdə 54 il 6 ay müddətinə azadlıqdan məhrum edildi.

Hakimin  təxminən 1 saata yaxın çəkən hökm oxuması ərəfəsində təqsirləndirilən şəxslərdən ən çox narahatlıq keçirən Camal Məmmədov və Samir Mustafayev idi. Camal barmaqlılqar arasında o yan-bu yana gedir, ya da başını dəmir barmaqlıqlara vururdu. Digərləri isə hakimin hökm oxumasına diqqətlə qulaq asırdı. Sanki Samir və Kənan azadlığa buraxılacağına ümid edirdi. Üzlərindəki ifadədən bunu oxumaq mümkün idi...

Və, nəhayət, uzun və cansıxıcı uzun-uzadı hazırlanan hökm bitdi. Hakim təqsirləndirilənlərin cəzasını elan etdi: Elşən İsmayılov 13 il, Arif Əliyev 12 il 6 ay, Kənan Mədətov və Samir Mustafayev 9 il, Camal Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edildi.

Zala toplaşan müxbirlər, mərhum Rasim Əliyevin yaxın dostları hökmün elan  olunmasından sonra aranın qarışacağını, müttəhimlərin yaxınlarının dava-dalaş  salacağını gözləsə də, proses sakit və səssiz bitdi. Məhkəmə nəzarətçiləri də sanki bu işin tez bir zamanda bitməsini gözləyirdilər. Hakim hökmü bitirən kimi dərhal hamını zaldan çıxarmağa başladılar.

Həngamə deyəsən, çöldə olacaqmış. Məhkəmə qarşısında səs-küy salan 9 il həbs cəzası kəsilən Samir Mustafayev və Kənan Mədətovun yaxınları, qohumları idilər. Samir Mustafayevin qardaşı hakimin bu cəzası ilə razılaşmadığını və vətəndaşlıqdan imtina edəcəyini bildirib: "Mən vətənə buna görə xidmət etmişəm? Erməni ilə üzbəüz buna görə vuruşmuşam? Qardaşıma heç bir şey üstündə 9 il həbs cəzası verildi. Budur haqq-ədalət? Azərbaycan Respublikası vətəndaşlığından imtina edirəm”.

Samir Mustafayevin bacısı isə acıqlı və gözləri dolmuş şəkildə Elşən İsmayılova qarğış edirdi: "Allah Elşənin bəlasını versin, evimi yıxdı”.

Vətəndaşlıqdan imtina məsələsini 9 il həbs cəzası verilən Kənan Mədətovun anası İlhamə Mədətova da dilinə gətirdi. O da digər valideynlər kimi oğluna verilən cəza ilə razılaşmır, haqsızlıq olduğunu deyirdi.

Avqustunda 8-də baş verən cinayət işindən bu gün təxminən 9 ay vaxt ötür. Bununla da demək olar ki, hər şey bitdi. Ancaq jurnalist Rasim, dostmuz Rasim, iş yoldaşımız Rasim aramızda yoxdur. Rasimin ölüm işi indiki halda sadəcə 5 nəfərin cəzalanması ilə yekunlaşdı.

Hər şeyin bitdiyini tam əminliklə deyə bilmərik, çünki bu cinayətdə adı hallanan "Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun  məhkəmə prosesi hələ də davam edir. Ehtimal edilir ki, təxminən 2-3 prosesdən sonra sabiq futbolçu barəsində qərar çıxarılacaq.

Eyni zamanda yəqin ki, nə Rasimin valideynləri, nə də yoldaşları həkim səhlənkarlığının cəzasız qalması ilə razılaşmayacaq, mübarizələrini davam etdirəcəklər. Yəni indiki halda, sadəcə ilkin mərhələ bitdi, çox şey isə qarşıdadır.

Amma 5 nəfər üçün isə sözün həqiqi mənasında hər şey bitdi - ən azından 54 il 6 aylıq...

Orxan Aslanlı

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol