• $
  • €
  • ₽
  • ₺
  • £

Cavid Ramazanlı: 4 günlük müharibə barədə - YAZI

Cavid Ramazanlı: 4 günlük müharibə barədə - YAZI
06.04.2016 15:09
Azərbaycanlıların qüruru sındırılıb. Yaxşı-pis bir dövlət qurulub, amma sıravi azərbaycanlı öz dövlətində, öz ölkəsində gözlərini açdığı gündən travmalar alıb. Onun torpağı işğal olunub, o, yurd-yuvasından qovulub, hətta iddia olunandan daha çox ərazini ondan zorla qoparıblar. 20 ildən çoxdur ki, bu təhqir davam edir.
 
 
Və təkcə işğal olunan ərazilərlə məhdudlaşmır bu həqarət. Sıravi azərbaycanlı dövlət idarəsində, yolda, küçədə, məktəbdə, universitetdə, işdə - ölkəsinin hər bir qarışında bir şəkildə təhqirlə, aşağılanmaqla, süründürməçiliklə üzləşir. Bu həqarət maşını ondan çox güclüdür, onun arxasında hər zaman böyük və güclü bir şey dayanır. Sıravi azərbaycanlı bu əjdahanın qarşısında özünü gücsüz və tək hiss edir. Ona görə də tez inciyən, ruhdan düşən, özünə qapılandır. 
 
Keçən günlər ərzində əsib-coşan sıravi insanların gözünü tutan qan, irqçilik deyildi, tapdalanmış qürurunu bərpa etmək istəyi idi. Xalqın hisslərini, yaşantılarını dərk etmək üçün onun ədəbiyyatını, folklorunu yaxşı bilmək lazımdı. "Dədə Qorqud", "Koroğlu" dastanı, "Dəli Kür" kimi romanlar yaxşı nümunədi, bizdə insanlar qorxaq olmayıblar heç vaxt, qüruru tapdalananda üz-üzə döyüşməyi, lazım gələndə ölməyi, barışmaq lazım gələndə isə barışmağı bacarıblar.
 
Qüruru tapdalanan, üstəlik yenicə formalaşmış xalqa, daha dəqiqi, demoqrafik partlayış nəticəsində ortaya çıxan gəncliyə uzun əsrlər ərzində Qərb insanının keçdiyi mərhələləri, onun çatdığı dəyərləri calamaq mümkün deyil, bir çox səbəblərdən. Bu, bizdə hələlik ancaq individual şəkildə özünü göstərə bilər və göstərir. Ona görə də fərdlər müharibə əleyhinə danışmalıdırlar, yazmalıdırlar, humanizmi təbliğ etməlidirlər, ancaq qüruru tapdalanan insanları da başa düşməlidirlər. 
 
Əgər camaata nəsə öyrədilmək, yol göstərilmək istənilsə, bu, bir çox faktorlar nəzərə alınaraq edilməlidir, xüsusi, istisna yanaşma olmalıdır. 
 
Bizdə bugünlər ərzində ən çox iflasa uğrayan marjinallar oldu. İranpərəstlər, ərəbpərəstlər, rusiyapərəstlər ortalıqda görünmədi, solçular, marjinallar, "teenager" təfəkkürlülər camaatı qıcıq eləməknən, lağ eləməknən, yuxarıdan aşağı baxmaqnan məşğul oldular. 
 
Ortada olan, həqiqi, parlaq hissləri olan isə çoxsaylı sıravi, sadə insanlarıydı, daha çox gəncləriydi. Azərbaycanda ilk dəfə belə güclü, qətiyyətli həmrəylik fenomenini yaradanlar onlar idi. Bu insanlar artıq başıdik, alnıaçıq yaşamaq istəyirlər. Və bu təzə, təravətli ruhu ölməyə qoymaq olmaz, bu ruh ölməməlidir. 

Cavid Ramazanlı

ANN.Az

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol