• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid olan Azərbaycan hərbçiləri dəfn edilib

Şəhid olan Azərbaycan hərbçiləri dəfn edilib
06.04.2016 16:50
Düşmənlə döyüş zamanı şəhid olan polkovnik Vüqar Yusifov doğulduğu Şəmkir rayonunun Şiştəpə kəndində torpağa tapşırılıb.

ANN.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, 40 yaşlı polkovnik Vüqar Yusifov dəfn mərasiminə toplaşanlar zabitin keçdiyi ömür yolundan, orduya bağlılığından söz açıblar. Böyük izdiham yaşanan mərasimdə şəhid Vüqar Yusifovun əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam intizamlı bir zabit kimi daim yaddaşlarda yaşayacağı vurğulanıb.
 
Şəmkir rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, zabitin xidmət etdiyi hərbi hissənin hərbçiləri və döyüş yoldaşları və minlərlə sakinin iştirak etdiyi mərasimdə "Vətən sağ olsun!", "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarları səsləndirilib.
 
Mərasimdə tabuta çəkilən Azərbaycan bayrağı şəhidin atasına təqdim olunub. Daha sonra dövlət himninin sədaları altında yaylım atəşi açılıb və şəhid zabitimiz torpağa tapşırılıb.
 
Qeyd edək ki, Vüqar Yusifov 3 uşaq atası olub.
 
Azərbaycan ordusunun şəhid olan zabiti, 1992-ci il təvəllüdlü Şirinov Sahil Həsrət oğlu aprelin 6-da doğulduğu Qəbələ rayonunda dəfn edilib.
 
Şəhid Sahil Şirinov Qəbələ rayonunun Bum qəsəbəsindəki məzarlıqda torpağa tapşırılıb, şəhidin ruhuna dualar oxunub.
 
Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların kollektivi, minlərlə rayon sakini ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri də iştirak ediblər. Mərasimdə çıxış edənlər qüdrətli Azərbaycan ordusunun düşmənə hər an tutarlı cavab verməyə hazır olduğunu, şəhidlərimizin qanının yerdə qalmayacağını, Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun əmrini gözlədiklərini bildiriblər.
 
Dəfn mərasimində "Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı atasına təqdim edilib.
 
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu, şəhid leytenant Sahil Şirinov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin məzunu olub.
 
Sahil Şirinov nişanlı olub, toy mərasiminə hazırlaşırmış.
 
Mərasimdə Zaman Şirinov şəhid qardaşı Sahil ilə fəxr etdiyini bildirib. O, Vətən uğrunda canlarından keçən bütün şəhidlərə Allahdan rəhmət diləyib

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol