• $
  • €
  • ₽
  • ₺
  • £

Gül bayramının formatı dəyişdirilib

Gül bayramının formatı dəyişdirilib
29.05.2020 11:28
Bu ildən başlayaraq mayın 10-da Bakı şəhərinin bütün park, bağ və xiyabanlarında yaşıllaşdırma işləri və güləkmə mərasimi, abadlaşdırma iməcilikləri təşkil olunacaq. 

Şəhərin rayonlarının geniş ictimaiyyətinin və icra hakimiyyəti strukturlarının iştirak edəcəyi əmək və gül bayramında hər rayon özünəməxsus formada abadlaşdırma və güləkmə işləri aparacaq.

Bu barədə "Report”a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib.

BŞİH-dən bildirilib ki, hər il ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə təşkil edilən Gül bayramı geniş ictimaiyyətdə böyük maraq doğurub və bununla bağlı şəhər icra hakimiyyətinə çoxsaylı vətəndaş təşəbbüsləri daxil olub: "Bakı Şəhər İcra Hakimiyyəti müraciət edən ayrı-ayrı təşkilatların, tədbirə müstəqil şəkildə qoşulmaq niyyətində olan ictimaiyyət nümayəndələrinin və vətəndaşların bu prosesdə daha fəal iştirakını təmin etmək məqsədilə Gül bayramının yeni formatda keçirilməsi barədə qərar qəbul edib. Builki Gül bayramı təkcə bir park çərçivəsində gül-çiçəklərin, çələnglərin, dekorativ bitkilərin müxtəlif dizaynla təqdimatı ilə deyil, ictimaiyyətin, ayrı-ayrı təşkilatların, sıravi vətəndaşların geniş iştirakı ilə şəhərin bütün parklarında keçiriləcək və insanlar sərbəst şəkildə öz bacarıqlarını nümayiş etdirmək imkanına malik olacaqlar. Artıq ümumxalq bayramına çevrilmiş Gül bayramında hər bir Bakı sakini şəhərin bütün park, bağ və xiyabanlarının abadlaşdırılmasında yaxından iştirak edəcək, paytaxtımızın daha da gözəlləşməsinə, Avropanın ən gözəl şəhərləri sırasında öz yerini möhkəmlətməsinə əməli töhfə verəcək”.

Bakı Şəhər İcra Hakimiyyəti mayın 10-da hamını paytaxtın park, bağ və xiyabanlarında aparılan abadlaşdırma işlərinə qoşulmağa, fərqli-fərqli yaşıllıq və gül çələngləri, kompozisiyalar və s. fərdi yaradıcılıq vasitəsilə öz bədii fantaziya nümunələrini nümayiş etdirməyə dəvət edir.
Əlavə məlumatla bağlı Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin 050-211-23-72, 070-211-23-72, 012-440-15-34 nömrəli telefonları ilə əlaqə saxlamaq xahiş olunur.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol