• $
  • €
  • ₽
  • ₺
  • £

Məleykə Abbaszadə TQDK-nın ləğvindən danışdı

Məleykə Abbaszadə TQDK-nın ləğvindən danışdı
12.04.2016 17:28
Dövlət İmtahan Mərkəzinin yaradılması ali məktəblərə qəbul olmağa hazırlaşan abituriyentlərə heç bir təsir göstərməyəcək. Onların işinə heç kim zərər vurmayacaq. Bu Mərkəzin yaradılması idarəetmədə olan bir dəyişiklikdir.

Bunu Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

Hazırda sənəd qəbulunun aparıldığını xatırladan M.Abbaszadə qeyd edib ki, son dəyişikliklər bu prosesə təsir göstərməyəcək və sənəd qəbulu davam edəcək.

Komissiya sədri qeyd edib ki, imtahanların mahiyyəti ilə bağlı heç bir dəyişiklik edilməyəcək:

"İmtahanların keçirilməsi, onların mahiyyəti, abituriyentlərin imtahanlara hazırlıq prosesi ilə əlaqədar dəyişikliklər olmayacaq. İmtahanın mahiyyətinə aid olan dəyişikliklər abituriyentlərə bir il əvvəl elan edilir. Bu ilin qəbul qaydaları isə elan edilib, onlar artıq dəyişdirilə bilməz”.

M.Abbaszadə hazırda TQDK-nın öz fəaliyyətini davam etdirdiyini deyib:

"Bir sıra hüquqi prosedurlar yerinə yetiriləndən - yeni qurum dövlət reyestrinə daxil edildikdən sonra biz fəaliyyətimizi dayandıracağıq. Yeni struktur dövlət qeydiyyatına alınana qədər isə öz işimizi davam etdirməliyik. Buna görə də Prezidentin fərmanına əsasən, biz öz işimizi hələ davam etdiririk”.

M.Abbaszadə Dövlət İmtahan Mərkəzinin yaradılması ilə əlaqədar idarəetmədə olan dəyişikliklərin proseslərin daha da şəffaflaşmasına xidmət edəcəyini söyləyib.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, Dövlət İmtahan Mərkəzi ölkədə dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək məqsədilə yaradılır.

Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilir.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol