• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-nun tələbələri mükafatlandırıldı

ADU-nun tələbələri mükafatlandırıldı
15.04.2016 11:55
Dillər Universitetində Hindistan Konstitusiyasının banisi hesab olunan doktor B. R. Ambedkarın anadan olmasının 125-ci ildönümünə həsr olunmuş tədbir keçirildi/

Azərbaycan Dillər Universitetində (ADU) Hindistan Konstitusiyasının banisi hesab olunan doktor Bhimrao Ramci Ambedkarın anadan olmasının 125-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Universitetin və Hindistanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirin keçirilməsində məqsəd ADU və Hindistanın Azərbaycandakı səfirliyi arasındakı mövcud əlaqələri daha da gücləndirmək idi. 

Tədbirdə ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov,  Beynəlxalq əlaqələr üzrə prorektor, professor Jalə Qəribova, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev, Milli Məclisin deputatı Asim Mollazadə, Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana, səfirin xanımı Barbara Rana, tarixçi, Hindistan haqqında müxtəlif kitabların müəllifi Afət Sadiqoğlu, Azərbaycanda fəaliyyət göstərən Hindistan icmasının üzvləri, səfirliyin əməkdaşları və universitetin müəllim-tələbə heyəti  iştirak edirdi.

Öncə Hindistan adət-ənənələrinə uyğun olaraq ölkə Konstitusiyasının banisi hesab olunan doktor Bhimrao Ramci Ambedkarın ruhu bir dəqiqəlik sükutla yad edildi və səfir Sanjay Rananın iştirakı ilə  lampa yandırıldı.  

ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov qonaqları salamlayaraq doktor B.R. Ambedkarın anadan olmasının 125-ci ildönümünün Dillər Universitetində qeyd olunmasından məmnunluğunu dilə gətirdi. Universitetdə 22 dilin tədris olunduğunu qeyd edən professor onların sırasında hind dilinin olduğunu da vurğuladı. O, Hindistan mərkəzinin fəaliyyətindən də  söz açdı və tələbələrin Hindistanın tarixini, mədəniyyətini, iqtisadiyyatını maraqla öyrəndiklərini vurğuladı. Çıxışının sonunda professor Dünyamin Yunusov səfirliklə universitet arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə etdi. 

Səfir Sanjay Rana öz növbəsində qonaqları salamlayaraq ADU rəhbərliyinə tədbirin keçirilməsinə şərait yaratdıqları üçün təşəkkürünü bildirdi. Hindistan Konstitusiyasının banisi hesab edilən B.R. Ambedkar haqqında iştirakçılara ətraflı məlumat verən səfir onun bütün həyatı boyu aşağı kastalar, qadınlar və işçilər də daxil olmaqla cəmiyyətin daha zəif təbəqələrinin hüquqlarının qorunması üçün çalışdığını söylədi. O, bütün Hindistanda B.R. Ambedkarın anadan olmasının 125-ci ildönümünün qeyd olunduğunu vurğuladı.
Sonra Bhimrao Ramci Ambedkarın həyatından bəhs edən qısa film nümayiş olundu. 

Tədbirdə çıxış edən tarixçi Afət Sadiqoğlu Hindistan Konstitusiyasında B.R. Ambedkarın adının xüsusi yer tutduğunu bildirdi. Onun fəaliyyəti haqqında danışan Afət Sadiqoğlu B.R. Ambedkarın bütün vətəndaşlar üçün dünyəvi demokratiyada bərabər imkanların təmin olunması və ifadə, inam azadlığı da daxil olmaqla əsas hüquqları  təmin etdiyini qeyd etdi. O, doktor  Ambedkarın fikri və ideyalarının bugünkü dirçələn Hindistanın konteksində daha çox aktual olduğunu vurğuladı.
Daha sonra Hindistanın Azərbaycandakı səfirliyinin "B.R. Ambedkarın Hindistan Konstitusiyasının hazırlanmasında və qadınlara bərabər hüquqlar verilməsində rolu” mövzusunda elan etdiyi inşa müsabiqəsinin qalibləri mükafatlandırıldı. Onu da bildirək ki, ADU-nun səkkiz tələbəsi də qaliblər arasında idi. 
Sonda Hindistan mətbəxindən müxtəlif təamlar qonaqlara təqdim olundu.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol