• $
  • €
  • ₽
  • ₺
  • £

Mikayıl Cabbarov: Müəllimlik nüfuzlu sənət olmalıdır

Mikayıl Cabbarov: Müəllimlik nüfuzlu sənət olmalıdır
15.04.2016 11:44
Biz müəllimliyin prestijli, seçilən peşə olması üçün bütün şəraiti yaradırıq. Pedaqoji təhsili istedadlı, bilikli abituriyentlərin almağa çalışması mühümdür. Müəllimlik peşəsinin müasir əmək bazarında rəqabətqabiliyyətli olması üçün isə cəmiyyət bu peşənin cəlbediciliyini, o cümlədən də maddi nöqteyi-nəzərdən cəlbediciliyini qoruyub saxlamalıdır.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov məşhur bloger Vyaçeslav Sapunova verdiyi müsahibəsində bildirib. 

Təhsil naziri qeyd edib ki, bu gün görülən tədbirlər müəllim peşəsinin nüfuzunun bərpasına istiqamətlənib. 

Onun sözlərinə görə, zəngin təbii resursları olan Azərbaycanın və digər ölkələrin qarşılaşdığı makroiqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan prezidenti siyasi iradə nümayiş etdirib və təhsil sistemində islahatlar dayandırılmayıb, davam edir. 

"Tədris yükünün artırılmasından, iki qat maaş artımı ilə müşayiət edilən müəllim-şagird nisbətinin 1/12 çatdırmaqdan gedir. İkinci mərhələdə məvacib differensiasiyası prinsipini tətbiq edəcəyik. Yəni, sadə dillə desək, yaxşı müəllim, pis müəllimdən çox almalıdır”.

Cabbarov qeyd edib ki, belə qiymətləndirmənin meyarları üzərində ekspertlər işləyir. 

"Peşəkar mühitdə geniş müzakirə ediləcək mexanizm olacaq. Bu heç kimi qorxutmamalıdır. Bu qəbildən olan sistemlər müxtəlif ölkələrdə işləyir. Bu sistemlər eyniləşdirməyə deyil, yaxşıların mükafatlandırılmasına əsaslanır. Onların şagirdlərinin, onların çalışdıqları məktəbin ümumi nailiyyətləri nəzərə alınacaq”, - nazir bəyan edib. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol