Güclü külək Samuxda evlərə ziyan vurdu
![Güclü külək Samuxda evlərə ziyan vurdu Güclü külək Samuxda evlərə ziyan vurdu](https://anews.az/photo/850x500/2016-04/1461305170_school_wind_201014.jpg)
Güclü külək Samuxda da bir sıra fəsadlar törədib.
ANN.Az Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, rayonun Lək, Hacallı, Sərkar, Qovlarsarı kəndlərində ağacların qırılıb naqillərin üzərinə düşməsi nəticəsində elektrik enerjisinin verilişi dayanıb.
Bundan başqa, külək Qovlarsarı və Tatlı kəndlərində bir neçə fərdi yaşayış evinin dam örtüyünü qoparıb.
Rayon Fövqəladə hallar komissiyasının məlumatına görə, artıq Sərkar və Qovlarsarı kəndlərində elektrik enerjisinin verilişi bərpa olunub. Digər kəndlərdə də bu istiqamətdə iş aparılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)