• $
  • €
  • ₽
  • ₺
  • £

YAP ADU ilk təşkilatının partiya iclası keçirildi

YAP ADU ilk təşkilatının partiya iclası keçirildi
28.05.2020 20:23
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə YAP ADU ilk təşkilatının partiya iclası keçirildi. Öncə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
 
 
ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev Ümummilli liderin anadan olmasının 93-cü ildönümü münasibəti ilə ölkədə, o cümlədən universitetdə silsilə tədbirlər keçirildiyini deyərək, bu görüşün də eyni məqsədlə baş tutduğunu söylədi. Ölkə siyasətinin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən Ə.Əliyev onun təhsil sahəsinin inkişafına verdiyi töhfələrdən bəhs etdi. O, Heydər Əliyevin müasir Azərbaycan təhsilinin qurucusu olduğunu, onun bu istiqamətdə böyük işlər gördüyü diqqətə çatdırdı.
 
 
Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Adil Babayev, Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu, həmin kafedranın dosenti Xanməmməd İbrahimov Heydər Əliyevin uzaqgörən müdrik siyasətindən, geniş və hərtərəfli təhsil quruculuğunun tərkib hissəsi kimi elm, təhsil, mədəniyyət sahəsində nəzərəçarpan dönüş yaratmasından, onun beynəlxalq siyasətinin nəticəsi olaraq dövlətimizin nüfuzlu qurumlarda təmsil olunmasından, vətənimizi dünyada tanıdaraq xalqın simasına çevrilməsindən, həmçinin fenomen şəxs olan ulu öndərin kiçik ölkəni yaşatmaq üçün dünyanı dolaşmasından bəhs etdilər.
Daha sonra tələbələr "Heydər Əliyev və təhsil strategiyası”, "Heydər Əliyev siyasəti”, "Heydər Əliyev və Azərbaycan təhsilinin inkişaf yolları” mövzularında çıxış etdilər.
 
İclasda həmçinin partiyaya yeni üzvlərin qəbul edilməsi məsələsi müzakirə edildi.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol