• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda silahlı İran vətəndaşları tutulub

Azərbaycanda silahlı İran vətəndaşları tutulub
29.05.2020 01:55

Daxili işlər orqanları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni davam etdirir.
        
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daxil olan məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Cəlilabad rayonunun Cəfərli kəndi ərazisində həyata keçirdikləri əməliyyat tədbirləri ilə İran İslam Respublikasının vətəndaşları - əvvəllər məhkum olunmuş Fərhəngi Mərəhməd və Rəhim Fərəci, həmçinin rayon sakini Cabir Kazımov saxlanılıblar. Bu zaman İran vətəndaşları silahlı müqavimət göstərməyə cəhd etsələr də, polis əməkdaşlarının çevikliyi və peşəkarlığı sayəsində zərərsizləşdiriliblər.
      
Üzərlərinə baxış zamanı onlara məxsus çantadan 5 kiloram narkotik vasitə olan  heroin, "Kalaşnikov” markalı avtomat və ona aid 28 ədəd patron, içərisində 5 ədəd patron olan "Torun” markalı ov tüfəngi, gecəgörmə cihazı və digər xüsusi avadanlıqlar aşkar olunaraq götürülüb.
      
İlkin dindirmə zamanı Fərhəngi Mərəhməd və Rəhim Fərəci narkotik maddələri Cabir Kazımova satmaq niyyəti ilə gətirdiklərini bildiriblər.
        
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol