• $
  • €
  • ₽
  • ₺
  • £

Qanunsuz tikilən obyektlər kupça ala biləcək

Qanunsuz tikilən obyektlər kupça ala biləcək
20.05.2016 16:18
2012-ci ilin iyun ayının 29-na kimi icazəsiz tikilmiş obyektlərə 25 gün ərzində sənəd veriləcək.

Bu barədə Oxu.Az-a açıqlamasında "Azcoll” kollektor şirkətinin rəhbəri Pərviz Məmmədov Azərbaycan prezidentinin bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərmanının detallarını izah edərkən deyib.

Onun sözlərinə görə, qeyri-yaşayış sahələrinin, məsələn mağaza, kiçik müəssisə və digər obyektlərin (bura yaşayış sahələri, mənzillər aid deyil - red.) sənədləşdirilməsində sadə qayda tətbiq ediləcək:

"Yəni, 25 gün ərzində bunların istismara qəbul prosesi yekunlaşacaq. Bundan sonra, həmin obyetlərin kupça alması mümkün olacaq”.

P. Məmmədov qeyd edib ki, bu, bütün qeyri-yaşayış sahələrinə şamil olunmayacaq:

"Belə ki, bu Fərman Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan qeyri-yaşayış obyektlərinə şamil olunur.

Həmin obyektlərə dövlət tərəfindən istismara qəbul aktının qəbul edilməsi rejimi tətbiq ediləcək. 20 gün ərzində FHN istismara hazırlıq barədə rəyi yekunlaşdıracaq. Digər 5 gün ərzində də yerli icra hakimiyyəti orqanı rəyi alınacaq.

Bütün bu proses isə cəmi 25 gün çəkəcək və bu müddət ərzində onlar istismara qəbul ediləcək. Yəni bu Fərmanla bir növ uzunmüddətli rejimdən qısamüddətli rejimə keçilib”.

P. Məmmədov onu da əlavə edib ki, əvvəllər bu proses aylar, hətta illər ilə çəkirdi:

"Bu Fərman yalnız qeyd etdiyim kimi kiçik obyektlərə şamil olunur, böyük obyektlərin kupçalaşdırılması isə əvvəlki qaydada qalır.

Belə ki, FHN qeyri-yaşayış obyektinin hər mərtəbəsini ayrıca yoxlayır, bundan sonra isə rayon İcra Hakimiyyəti onların istismara qəbulu haqqında rəy yazır”.

Qeyd edək ki, adıçəkilən Fərman dünən Azərbaycan prezidenti İlham Əliyev tərəfindən imzalanıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol