• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda seçicilərin sayı açıqlandı

Azərbaycanda seçicilərin sayı açıqlandı
26.05.2016 19:15
Azərbaycanda seçicilərin sayı açıqlanıb.

APA-nın məlumatına görə, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) ölkə üzrə vahid seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinin yekunlarına həsr olunan iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, 2016-cı il may ayının 26-na olan məlumata görə, ölkə üzrə vahid seçicilər siyahısına 5 milyon 127 min 111 seçici daxil edilib.

Seçicilərin təqribən 48,35 faizini kişilər, 51,65 faizini isə qadınlar təşkil edir. İclasda İclasda seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı fəaliyyətin yekunları geniş müzakirə edilib və prosesin inkişaf dinamikası xüsusi vurğulanıb. Müzakirələrdən sonra MSK 2016-cı ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi işini başa çatdırılmasına, siyahıların məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq olunması üçün aidiyyəti üzrə dairə seçki komissiyalarına (DSK) göndərilməsinə, həmçinin respublika üzrə seçicilərin daimi siyahısının dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib olunub, MSK-nın rəsmi internet səhifəsində yerləşdirilməklə ictimailəşdirilməsinə dair qərar verib.

Qeyd edək ki, Azərbaycan üzrə vahid seçicilər siyahısının tərtib olunması prosesinə yanvar ayının əvvəllərindən başlanıb. Seçki qanunvericiliyinə görə, vahid seçicilər siyahısının tərtib edilməsi ilkin olaraq, məntəqə seçki komissiyaları tərəfindən aparılır. Bu proses məntəqə seçki komissiyaları tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə seçki məntəqələrinin hüdudlarında həyata keçirilir. Seçki Məcəlləsinin tələblərinə əsasən, məntəqə seçki komissiyaları məntəqə üzrə tərtib edilmiş seçici siyahılarını fevralın 5-dən gec olmayaraq, müvafiq dairə seçki komissiyalarına (DSK) təqdim edib. DSK-lar müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək MSK-ya təhvil verib.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol