• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in prezidenti “İlin şirkət rəhbəri” seçildi

Azercell-in prezidenti “İlin şirkət rəhbəri” seçildi
27.05.2016 12:42

Ölkənin lider mobil operatoru Azercell Telekom-un prezidentiVahid Mürsəliyevnüfuzlubeynəlxalq "The Business Year” dərgisitərəfindən "İlin şirkət rəhbəri” mükafatına layiq görülüb. Vahid Mürsəliyev istehlakçıların məlumatlandırılması və maarifləndirilməsi, həmçinin Azərbaycanda pərakəndə satış təcrübəsinin səviyyəsini yüksəltmək üçün innovativ vasitə olan "Azercell Ekspress” Ofisin yaradılmasına görə bu mükafatla təltif olundu. "İlin şirkət rəhbəri” mükafatı müxtəlif sahələrdə böyük uğurlar əldə edən rəsmi şəxslərə, kommersiya və qeyri-hökumət strukturlarına rəhbərlik edən şəxslərə təqdim olunur. Mükafatı Azercell-in rəhbərinə AR Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov  25 may tarixi, FourSeasons otelində baş tutan təntənəli mərasimdə təqdim edib.

Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, KİV-lərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mükafatın təqdimat mərasimində çıxış edən Vahid Mürsəliyev Azercell-in Azərbaycanda telekommunikasiya sahəsinin inkişafında oynadığı roldan, gələcək perspektivlərdən danışıb. Lider operatorun qeyri-neft sektorunda ölkəmizin ən iri vergi ödəyicisi olduğunu bildirən şirkətin rəhbəri gələcəkdə də Azərbaycan iqtisadiyyatına töhfə verəcəklərini söyləyib.

Məlumat üçün bildirək ki,"The Business Year” dünyanın ayrı-ayrı bölgələrində iqtisadi prosesləri yaxından izləyən, onu peşəkar şəkildə işıqlandıran, təhlil edən və müsbət təcrübələri öz auditoriyası ilə bölüşən nüfuzlu nəşrdir.Jurnal bir çox ölkələrin sosial-iqtisadi durumu və inkişaf meyilləri, biznes və investisiya mühiti, aparıcı şirkətləri və digər məsələlər haqqında ildə 20-dən çox xüsusi buraxılış hazırlayır və bütün dünyada yayır. 2011-ci ildən Azərbaycan ilə yaxından əməkdaşlıq etməyə başlayan "The Business Year” nəşri ötən altı ildə ölkəmizə həsr etdiyi xüsusi buraxılışlarda Azərbaycanın daxili və xarici siyasəti, iqtisadiyyatı və onun ayrı-ayrı seqmentləri, sosial, mədəniyyət, idman və cəmiyyət həyatının digər sahələrini hərtərəfli əks etdirib.
 



www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol