• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir “Sovetski”də tarixi abidələrin sökülməsindən danışdı

Nazir “Sovetski”də tarixi abidələrin sökülməsindən danışdı
27.05.2016 21:02
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakının abadlaşdırılması çərçivəsində "Sovetski" məhəlləsində tarixi abidələrin sökülməsi haqda deyilənlərə münasibət bildirib.

ANN.Az-ın Report-a istinadən xəbərinə görə, Ə.Qarayev "ASAN radio"nun "QəbuldASAN" verilişinə deyib ki, yalnız Bakıda deyil, bütün dünyada yol hərəkətinin, şəhərin nəqliyyat sisteminin təkminləşdirilməsi, ümumiyyətlə şəhərin abadlaşdırılması prosesində müxtəlif ziddiyətlər olub və bundan sonra da olacaq: 

"Biz bununla barışmalıyıq. "Sovetski” məhəlləsində tarixi abidələrin sökülməsi haqda deyilənlərə gəlincə, tarixi abidələrin qorunması ilə bağlı dövlətin 2001-ci ildə tərtib etdiyi siyahı var. Həmin siyahıya bəzi binalar çox tələsik, düşünülməmiş şəkildə daxil edilib. O binaların bəziləri isə həmin dövrdə ümumiyyətlə mövcud olmayıb. Prezident İlham Əliyevin tapşırığı ilə bizdə yeni xidmət yaradıldı, bu xidmət iki il müddətində yeni siyahının tərtib edilməsi ilə məşğul oldu. Biz də əlavə yerlərin o siyahıya daxil edilməsini təmin etdik”. 

Ə.Qarayev qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyi "Sovetski”də ölkə deyil, yerli əhəmiyyətli olan, artıq istifadə müddəti bitən və işlədilməsi mümkün olmayan binaların sökülməsinə razılıq verib: 

"Lakin orada tarixi əhəmiyyətli bir neçə bina müəyyənləşdirilib və onlara toxunulmayacaq. Bəzi binaların həmin siyahıya düşməsinə səbəb olan elementləri nazirliyin mütəxəssisləri tərəfindən binalar sökülməmişdən əvvəl öyrənilir, xüsusi üsulla onların elementləri, xüsusiyyətləri sənədləşdirilir, onlara xüsusi bir yerdə saxlanılır. O elementlərdən ibarət xüsusi bir məkanın düzəldilməsi nəzərdə tutulub və bununla bağlı hazırda layihə işlənilir. 

Əgər həmin məkanın düzəldilməsi mümkün olmasa, onda başqa varinat seçiləcək. Yəni söküntü aparılan ərazidə xidməti binalar inşa olunsa həmin elementlər yeni binaların üzərində istifadə olunacaq və orada yazılacaq ki, vaxtilə burada belə bir  bina olub, o nə zaman, kim tərəfindən inşa edilib və əhəmiyyəti nədən ibarət olub”. 

Nazir hesab edir ki, söküntüdən əvvəl həmin ərazidə olan vəziyyətdən həm orada yaşayan insanlar, həm də ərazidən keçənlər əziyyət çəkirdilər: 

"Gəlin razılaşaq. Çünki orada nəqliyyatın hərəkətində ciddi problemlər vardı. Mən Bakıda anadan olmuşam, burada böyümüşəm, həmin binaları digər paytaxt sakinlərindən az sevmirəm. Hər bir binanın aqibəti, tarixi əhəmiyyəti və gələcəyi digər paytaxt sakinləri kimi məni də narahat edir. Ona görə də çalışırıq ki bütün məsələləri dövlətin qanunları çərçivəsində həll edək”.

O qeyd edib ki, söküntü ərazisində yerləşən Azərbaycan Memarlar İttifaqının binası sökülməyəcək.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol