• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda daha çox oğlan uşaqları intihara cəhd edir

Azərbaycanda daha çox oğlan uşaqları intihara cəhd edir
24.06.2016 11:15
Azərbaycanda uşaqlar arasında intihara cəhdlər daha çox oğlanlar tərəfindən edilir.

Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyib.

Onun sözlərinə görə, bütün illərdə intihar edən uşaqlar arasında oğlanlar üstünlük təşkil edib. Oğlanlar yeniyetmə dövrlərində - 14-15 yaşlarında intihara daha çox cəhd edirlər.

Komitə rəsmisi oğlanların hansı səbəbdən intihara daha çox cəhd etməsini öyrənmək üçün araşdırmaların aparılmasına ehtiyac olduğunu deyib: "Təəssüf ki, belə bir araşdırma aparılmayıb. Məncə, bununla bağlı bir araşdırma aparmaq lazımdır”.

P.Əliyev bildirib ki, uşaq intiharlarının qarşısını almaqdan ötrü uşaqlar arasında sorğu da keçiriblər: "Məlum olmuşdu ki, uşaqlara daha çox təsir edən ailədəki etinasızlıq hallarıdır. Ailə daha çox qızın fikirlərinə, istəklərinə önəm verir, qıza qarşı etinasız olmur. Amma oğlan uşaqlarına qarşı ailə çox vaxt etinasız olur. Oğlanlar evdən daha uzaq olur, öz problemlərini evdə deməkdən çəkinirlər. Qızlar öz problemlərini analarına rahat deyirlər, oğlanlar isə demirlər”.
O deyib ki, statistikaya əsasən, 2014-cü illə müqayisədə 2015-ci ildə uşaq intiharlarının sayı azalıb. 2014-cü ildə ölümlə nəticələnən uşaq intiharlarının hər biri ilə bağlı prokurorluq orqanlarında Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünüöldürmə həddinə çatdırma) 13 iş, 2015-ci ildə isə 7 iş açılıb.

Hər bir uşaq intiharı ilə bağlı araşdırma apardıqlarını deyən P.Əliyev qeyd edib ki, prokurorluq orqanlarının komitəyə verdiyi məlumatlara və komitənin özünün apardığı araşdırmalara əsasən, uşaq intiharları daha çox ailədə baş verən münaqişələrin, zorakılıq hallarının, uşaqlara etinasız münasibət göstərilməsinin, uşağın fikirlərinin dinlənilməməsinin nəticəsi kimi meydana çıxır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol