• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-nun dosenti Beynəlxalq Konfransda iştirak etdi

ADU-nun dosenti Beynəlxalq Konfransda iştirak etdi
28.06.2016 20:00
Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) II Xarici dil kafedrasının dosenti Zülfinaz Babaşova Varşava Universitetinin, Rusistika İnstitutunun təşkilatçılığı, "Rus dünyası” fondu, həmçinin Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyasının dəstəyi ilə Polşanın paytaxtı Varşava şəhərində "Avropa və dünyanın dil və mədəni məkanında rus dili: İnsan. Şüur. Kommunikasiya. İnternet” mövzusunda  keçirilən VII Beynəlxalq konfransda  iştirak edib.  

30 ölkədən 200-dən çox rusistin iştirak etdiyi konfransda ADU-nun dosenti Zülfinaz Babaşova "Azərbaycan – rus ikidillilik şəraitində intonasiya interferensiyası” mövzusunda təqdimatla çıxış edib.
 
Bölmə iclasları rus dilinin elm və onun tədrisi metodikasının ən aktual məsələlərini əhatə edən 11 elmi istiqamət üzrə aparılıb. Məruzələrdə müasir rus leksikoqrafiyası və lüğətlərin yaradılmasının texnologiyası, həmçinin "rus dili biznes və təhsil məkanında” probleminə böyük diqqət  ayrılıb. Bir sıra məruzələrdə rus dilində tədrisin təlim mühiti və vasitəsi kimi distant təlim və internet məsələləri müzakirə olunub.

Bununla yanaşı konfrans çərçivəsində iştirakçılara "Şifahi ünsiyyətin tədris sistemində İnternet”, "Rus dili xarici dil kimi” dərslərində teatrın təhsil funksiyası – real həyatın elementləri” mövzularında master–klass dərsləri keçirilib.

Qeyd edək ki, konfrans mayın 5-dən 9-na kimi davam edib.  ADU-nun dosenti Zülfinaz Babaşovaya  "Avropa və dünyanın dil və mədəni məkanı haqqında” mövzusunda müzakirələrdə iştirakını təsdiqləyən sertifikat təqdim olunub.



www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol