• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA-da Elm Tarixi Muzeyi yaradılacaq

AMEA-da Elm Tarixi Muzeyi yaradılacaq
29.06.2016 17:38
Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Elm Tarixi Muzeyi yaradılacaq. Bu haqda qərar AMEA Rəyasət Heyətinin iyunun 29-da Şamaxı şəhərində keçirilən növbəti iclasında qəbul edilib.

AMEA İctimaiyyətlə əlaqələr şöbəsindən ANN.Az-a verilən məlumata görə, məsələ ilə bağlı tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Azərbaycanda elmin populyarlaşdırılması, elmi nailiyyətlərin təbliği, gənc nəsildə elmə marağın artırılması, həmçinin Azərbaycan elminin keçdiyi tarixi yolu özündə əks etdirən eksponantların toplanılması və qorunub saxlanılması, ekspozisiya və sərgilərdə nümayişi məqsədilə AMEA-nın Elm Tarixi İnstitutunun nəzdində Elm Tarixi Muzeyinin yaradılmasına böyük ehtiyac olduğunu bildirib. Akademik muzeylərin Azərbaycan tarixi, ədəbiyyatı, mədəni irsinin qorunub saxlanılması və təbliği işində misilsiz rolundan bəhs edib. Bu qurumların  maddi və qeyri-maddi mirasın xəzinələri olduğunu söyləyərək zəngin muzey şəbəkəsinə malik olan respublikamızın bütün şəhər və rayonlarında müxtəlif profilli muzeylərin yaradıldığını qeyd edib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol