• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-da çinli alimlə görüş keçirildi

ADU-da çinli alimlə görüş keçirildi
12.08.2016 10:49
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Sintszyan Pedaqoji Universitetinin Biznes İnstitutunun əməkdaşı, görkəmli iqtisadçı alim Həbibulla İmamhacının ADU nəzdində Konfutsi İnstitutunun əməkdaşları ilə görüşü keçirildi.
 
Çinli qonaq əməkdaşı olduğu Universitetin təhsil və mədəni mübadilə sahəsində xarici ölkələrin qabaqcıl universitetləri ilə əməkdaşlığı, beynəlxalq iqtisadi münasibətlərə dair aparılan tədqiqatlar, Sintszyanın Çinin Avrasiya ölkələri ilə xarici ticarətinin inkişafında və İpək yolu İqtisadi kəmərinin mərkəzi hissəsinin fəaliyyətinin təmin edilməsində rolu barədə danışdı. 

ADU nəzdində Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov Konfutsi İnstitutunun təhsil və maarifçi fəaliyyətindən danışaraq, İpək yolu İqtisadi kəmərinin infrastrukturunun yaradılması və inkişafında, tarixi İpək yolunun bərpasında Azərbaycanın geostrateji roluna həsr olunmuş seminarların keçirilməsini xüsusilə qeyd etdi. R.Abbasov həmçinin, çinli mütəxəssislərin iştirakı ilə Çinin "Bir kəmər və bir yol” konsepsiyasının reallaşdırılması mövzusunda birgə elmi araşdırmaların keçirilməsində maraqlı olduqlarını bildirdi. 



www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol