Daha bir vəkil Cavid Hüseynovu müdafiə edəcək

Bu gün Bakı Apellyasiya Məhkəməsində ANNTV-nin əməkdaşı, jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən "Qəbələ" klubunun sabiq futbolçusu Cavid Hüseynovun apellyasiya şikayəti üzrə məhkəmə baxışı başlayıb.
ANN.Az-ın məhkəmədə olan əməkdaşlarının verdiyi məlumata görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Cavid Hüseynovun vəkili Adəm Məmmədov müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib.
Bundan başqa prosesdə C. Hüseynovun müdafiəsinə vəkil İlqar Musayevin qoşulduğu bildirilib. Proses avqustun 19-da davam edəcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib























