• $
  • €
  • ₽
  • ₺
  • £

Qida zəhərlənmələrini yaradan təhlükələr

Qida zəhərlənmələrini yaradan təhlükələr
18.08.2016 22:32
Qidadan zəhərlənmə ilə bağlı hadisələr yay mövsümü ilə əlaqədar tez-tez baş verir. Hər hansı qida - pomidor, qarpız və digər meyvə-tərəvəzlər, hətta konservləşdirilmiş məhsullardan zəhərlənmə hallarına bu mövsümdə mütəmadi rast gəlinir. Məhsulun saxlanma şəraiti, becərilməsində istifadə olunan kimyəvi məhsulların təsirindən bu hadisələrin baş verməsi mümkündür.

Avqust ayının 1-də Tovuz rayonunda qidadan zəhərlənmə hadisəsi baş verib. Rayonun Azaflı kəndində 12 nəfər təzə kəsilmiş qoyun ətindən zəhərlənib. Musayevlər ailəsi kəsdiyi qurbanın ətindən qonşulara da paylayıb. Ətdən kim yeyibsə, zəhərlənib. Nəticədə Musayevlər ailəsinin 4 üzvü ilə yanaşı, 12 sakin də bu hadisədə zəhərlənmə ilə xəstəxanaya müraciət edib.

Analoji hadisə ötən il Bakı şəhərində də qeydə alınıb. Paytaxtın Nizami rayonu ərazisində fəaliyyət göstərən "8-ci kilometr" bazarından alınmış qoyun ətindən yedikdən sonra zəhərlənmə hadisəsi baş vermişdi. Həmin hadisə ilə bağlı Kliniki Tibbi Mərkəzə müraciət edən bir ailənin 5 üzvü ətdən zəhərləndiklərini bildirmişdilər.

Qeyd edək ki, satışa çıxarılan iri və xırdabuynuzlu heyvanlar, ətləri laborator müayinədən keçirilməlidir. Kəsilmək üçün nəzərdə tutulan və satışa çıxarılan heyvanın ərazi baytarlıq xidməti tərəfindən laborator müayinəsi aparılmalıdır. Bu heyvanlar tam müayinə olunduqdan sonra satışına və kəsilməsinə icazə verilməlidir. Baytarlıq xidmətinin laborator müayinəsi və sağlamlıq möhürü olmadan heyvanı satan və kəsən şəxslər məsuliyyət daşıyırlar.

Kəslimək üçün satışa çıxarılan heyvan baytarlıq nəzarətindən keçsə belə, onun dərhal kəsilməsi qanunsuzdur. Yəni, heyvan baytar müayinəsindən keçəndən sonra onun kəsilməsi üçün uyğun şəraitli yer müəyyən edilməli və həmin yerə də Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları baxış keçirməli və ərazinin temperaturu, təmizlik səviyyəsi yoxlanılmalıdır. Yalnız bu qurumun qaydalarına və müəyyən edilmiş standartlarına cavab verən ərazidə heyvanın kəsilməsinə razılıq verilməlidir. Heyvan həm bu qurumun, həm də baytarlıq xidmətinin əməkdaşlarının iştirakı ilə kəsilməlidir.

Təəssüf ki, bəzi ət kəsimi məntəqələrində bu qaydalara əməl edilmir. Satılan heyvanlar, həmçinin bazarlarda satılan ətlərin əksər hissəsi baytarlıq laboratoriyasından keçirilmədən satılır. Satılan ətin sağlam heyvana məxsus olduğu, hansı şəraitdə kəsilib təmizlənərək satışa çıxarıldığı məlum deyil.

Tovuz rayonunun Azaflı kənd sakini qurbanlıq heyvanı bazardan alıb. Bazarda satılan ət məhsullarının keyfiyyətinə Tovuz rayon Baytarlıq Xidmətinin nümayəndəsi və Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən nəzarət edilir. Bazarda satılmış qoyun sanitar müayinədən keçirilibmi? Heyvanın laborator müayinəsi aparılıbmı və satışına hansı qaydada icazə verilib? //trend.az

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol