Konsulluq: Rövşən Lənkəranski vəfat edib

Türkiyədə silahlı hücuma məruz qalan Rövşən Canıyevin (Lənkəranski) dünyasını dəyişməsi barədə xəbər dəqiqdir.
Bu barədə "Report”un Türkiyə müxbirinə Azərbaycanın bu ölkədəki konsulluğundan bildirilib.
"Biz Azərbaycanın Xarici İşlər Nazirliyinə də bu barədə məlumat vermişik”, - konsulluqdan bildirilib.
Azərbaycan XİN-dən isə açıqlama almaq mümkün olmayıb. Nazirlikdən bildirilib ki, XİN-in mətbuat katibi Hikmət Hacıyev məzuniyyətdədir.
www.ann.az
























