• $
  • €
  • ₽
  • ₺
  • £

Hərbi Prokurorluq: Əsgərin ölümünə görə gizir həbs olunub

Hərbi Prokurorluq: Əsgərin ölümünə görə gizir həbs olunub
18.08.2016 17:05
Azərbaycan Respublikası Hərbi Prokurorluğu əsgər Pərviz Paşayevin ölümü faktına görə açıqlama yayıb.
 
Hərbi Prokurorluğunun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mərhum əsgəri Pərviz Paşayevin atası Paşa Paşayevin oğlunun döyülüb öldürülərək kanala atılması barədə bəzi kütləvi informasiya vasitələrində dərc edilmiş müsahibəsi ilə bağlı əsgər Pərviz Paşayevin 30 iyul 2016-cı il tarixdə Mil-Muğan su kanalına düşərək boğulub ölməsi faktına görə Füzuli hərbi prokurorluğu tərəfindən araşdırma aparılıb.
 
Məlumata görə, aparılmış ilkin araşdırma ilə müəyyən edilib ki, 30 iyul 2016-cı il tarixdə saat 12:50 radələrində mərhum əsgər Paşayev Pərviz Paşa oğlu xidmət etdiyi bölmənin əsgərləri ilə birlikdə üzərlərində böyük təyin olunmuş gizir Bayramov Ramin Cahangir oğlunun göstərişinə əsasən Beyləqan şəhərindən keçən Mil-Muğan su kanalının üzərində qurulmuş piyada keçidi üçün nəzərdə tutulmayan metal boruların üstü ilə kanalın bir sahilindən digər sahilinə keçmək istəyərkən müvazinətini itirərək kanala düşüb və suda boğularaq ölüb.
 
Həmin fakta görə 31 iyul 2016-cı il tarixdə Füzuli hərbi prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 342.2-ci maddəsi ilə cinayət işi başlanmış və istintaq aparılır.
 
İş üzrə hadisə yerinə baxış keçirilib, mərhum P.P.Paşayevin meyitinin xarici və daxili müayinələri aparılıb, çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-trasoloji ekspertizaları təyin olunmuş və digər zəruri hərəkətlər yerinə yetirilib.
 
Mərhum əsgər Pərviz Paşayevin meyitinin xarici və daxili müayinələrinin nəticələrinə dair məhkəmə-tibb ekspertinin gəldiyi ilkin qənaətə görə onun ölümünə səbəb suda boğulması olub.
 
İstintaq zamanı gizir Bayramov Ramin Cahangir oğlunun Azərbaycan Respublikası CM-nin 342.2-ci (rəisin öz xidməti borcuna səhlənkar yanaşması ağır nəticələrə səbəb olduqda) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiq olunduğundan, ona 02 avqust 2016-cı il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan olunub və Füzuli hərbi məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Məlumatda qeyd olunub ki, mərhumun atası Paşa Paşayevin oğlunun döyülüb-incidilməsi, öldürülərək kanala atılması, onun iştirakı ilə hərbi qulluqçuların qrup halında dava etmələri barədə göstərdiyi hallar istintaq zamanı öz təsdiqini tapmayıb.  
Hazırda iş üzrə əhəmiyyət kəsb edən bütün xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol