Ağstafada top mərmiləri tapılıb

Ağstafada iki ədəd top mərmisi tapılıb.
ANN.Az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, top mərmiləri Ağstafa RPŞ əməkdaşları tərəfindən Xətai kəndi ərazisindən tapılıb.
Mərmilər "ANAMA”-nın əməkdaşları tərəfindən götürülüb.
www.ann.az
























