• $
  • €
  • ₽
  • ₺
  • £

Özəlləşdirmə hərracında dava düşdü

Özəlləşdirmə hərracında dava düşdü
14.09.2016 14:15
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı bu gün keçirdiyi ilk açıq hərracda dava düşüb. 

ANN.Az Report-a istinadən xəbər verir ki, mübahisə Bakının Nəsimi rayonunda yerləşən ticarət obyektinin özəlləşdirilməsi zamanı yaranıb.

Start qiyməti təxminən 30 min manat olan mağazada uzun illər icarədar kimi fəaliyyət göstərmiş Vəliyəddin Məmmədov obyektin başqası tərəfindən özəlləşdirilməsinə etiraz edib: 

"Mənə dedilər ki, 10% beh ödə, qalanını isə hərracda ödəyərsən. Mən də bankdan kredit götürüb 3 min manata yaxın beh ödədim. Amma burada mağazanı başqası özəlləşdirdi. İcarədar kimi mənə üstünlük verilməli idi”.

ƏMDK-nın nümayəndələri isə belə bir qaydanın olmadığını, dövlət əmlakının özəlləşdirilməsi zamanı bütün vətəndaşlara eyni cür yanaşıldığını bildirib. 

Bununla belə, şikayətçi ona qarşı haqsızlığa yol verildiyini iddia edib. Vətəndaş əraziyə çağırılmış təcili tibbi yardım və post patrul xidmətinin əməkdaşlarının köməyi ilə hərracın keçirildiyi, Heydər Əliyev prospekti,105 ünvanında yerləşən ƏMDK-nın İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin binasından kənarlaşdırılıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol