• $
  • €
  • ₽
  • ₺
  • £

Universitetlər Qəbələyə köçürülür? - RƏSMİ AÇIQLAMA

Universitetlər Qəbələyə köçürülür? - RƏSMİ AÇIQLAMA
14.09.2016 14:17
Ötən gün mətbuatda Bakıda yerləşən bəzi universitetlərin Qəbələyə köçürüləcəyi ilə bağlı məlumat yayılmışdı. 

ANN.Az xəbər verir ki, Dövlət Tibb Universiteti, Pedaqoji Universitet, Texniki Universitet, Memarlıq və İnşaat Universiteti, İqtisad Universiteti və digər universitetlətlər şəhər kənarına və Qəbələyə köçürüləcəyi planlaşdırılıb. Buna səbəb isə paytaxtdakı sıxlığı aradan qaldırmaqdır.

Qaynarinfo.az saytı məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. 

Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirdi ki, mətbuatda yayılan məlumatdan xəbərdardır: "Mətbuatda gedən məlumatlarla bağlı xəbərimiz var. Amma Təhsil Nazirliyi olaraq deyə bilərik ki, bizdə elə bir məlumat yoxdur".

Qeyd edək ki, bir müddət öncə Təhsil Nazirliyindən bildirilmişdi ki, hazırda Nazirlik "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq,  "Ali təhsil müəssisələri üçün kampusların yaradılması ilə bağlı Dövlət Proqramı"nın hazırlanması üzərində çalışır. Həmçinin nazirlik köçürüləcək universitetlər və onların mülkiyyətləri ilə bağlı məsələlərə Dövlət Proqramının təsdiqi və prioritetlərin müəyyən edilməsi zamanı baxılması nəzərdə tutulduğunu açıqlamışdı.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol