• $
  • €
  • ₽
  • ₺
  • £

Əbülfəs Qarayev: "Turizm sənayesində 50 mindən artıq insan çalışır"

Əbülfəs Qarayev: "Turizm sənayesində 50 mindən artıq insan çalışır"
29.05.2020 01:03
Azərbaycan Turizm və Menecment Universitetində "Bilik günü” qeyd olunub.
 
APA-nın məlumatına görə, universitetin rektoru Eldar Aslanov çıxış edərək bildirib ki, rəhbərlik etdiyi ali məktəbin bakalavr pilləsini bitirən 1600 məzundan 106 magistr dərəcəsi, 151 nəfəri isə ilk dəfə olaraq bakalavr və magistr pilləsində Azərbaycan Turizm və Menecment Universitetinin və Avstriyanın İMC Krems TEU-nun diplomunu alıb: "Bu tədris ilində tələbələrimizdən 13 nəfəri Türkiyədə, 1 nəfər Kiprdə, 30 nəfər İsraildə, 2 nəfər İspaniyada, 1 nəfər Rusiyada, 200 nəfərdən çox tələbəmiz isə Azərbaycanda istehsalat təcrübəsini uğurla başa vurub”.
  
Rektor əlavə edib ki, Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində Bakı Turizm Peşə Məktəbinə 500 şagird qəbul olunub.
 
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Azərbaycan Turizm və Menecment Universitetini bitirən tələbələrin uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb: " Universitetin tələbələri ilə xaricdəki  turizm obyektlərində rastlaşanda sevincimin həddi-hüdudu olmur. Görürəm ki, artır Azərbaycan turizm sənayesi dünya turizm sənayesində özünəməxsus yer tutur. Bu universitet ölkəmizin təhsil ocaqları sırasında qabaqcıl sıralardadır”.
 
Nazir bildirib ki, bu gün Azərbaycan turizm sənayesi inkişaf yolundadır: "Turizm sənayesində 50 mindən artıq insan çalışır. Bu, hələ başlanğıcdır. Bu ildən etibarən prezident İlham Əliyevin sərəncamı ilə turizm işçilərinin peşə bayramı qeyd olunacaq. Bu, böyük hadisədir. Çünki turizm peşəsi ölkəmizdə özünəməxsus yer tutur”.
 
Tədbirdə yüksək balla ali məktəbə qəbul olan bir qrup tələbəyə tələbə bileti  təqdim olunub. 



www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol