• $
  • €
  • ₽
  • ₺
  • £

Rayon maşınları Bakıya girə bilməyəcək

Rayon maşınları Bakıya girə bilməyəcək
15.09.2016 11:18
Rayon qeydiyyatında olan avtomobillərin paytaxta girişinə nəzarət yenidən gücləndirilib.

ANN.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) APA-ya verilən məlumatda qeyd olunub. Yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxtda yarana biləcək nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının ötənilki qərarına əsasən, respublikanın digər regionlarında qeydiyyatında olan avtomobillərin Bakıya girişi ilə bağlı məhduduyyət davam edir və məhdudiyyətin tətbiqinə nəzarət sentyabrın 15-dən daha da gücləndirilib.

Bunu nəzərə alaraq, BDYPİ paytaxta gəlmək istəyən digər şəhər və rayon sakinlərinə bir daha tövsiyə edir ki, paytaxta gəlmək üçün müasir və komfortlu avtobuslardan, Sumqayıt sakinləri isə ötən ilin sentyabr ayının 15-dən Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyətə başlamış sürətli elektrik qatarlarından istifadəyə davam etsinlər.

Xatırladırıq ki, Bakı şəhərinə girişi məhdudlaşdırılan nəqliyyat vasitələri üçün şəhərin giriş hissələrində 2015-ci ilin sentyabr ayından hazırlanaraq istifadəyə verilmiş və hər bir lazımi şəraitlə təzhiz olunmuş mühafizə olunan ödənişsiz duracaqlar təşkil edilib. Sakinlər həmin duracaqlarda öz avtomobillərini saxlamaqla xüsusi marşrutla işləyən avtobuslarla ən yaxın metro stansiyasına gedə, habelə taksi xidmətlərindən istifadə edə bilərlər.

Tətbiq ediən məhdudiyyət müddəti hər il mayın 1-dən oktyabrın 1-dək saat 07:30-dan saat 21:00-dək, oktyabrın 1-dən mayın 1-dək isə saat 07:30-dan saat 20:00-dəkdir.

Xahiş edirik, yollarda nəqliyyat sıxlığının yaranmaması, eləcə də rahat və fasiləsiz hərəkətin təmin olunması üçün tətbiq olunan məhdudiyyətə ciddi riayət edəsiniz.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol