• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəbdən qorxan uşaqlarla necə davranmalı?

Məktəbdən qorxan uşaqlarla necə davranmalı?
17.09.2016 19:47
Məktəbə yeni başlayan uşaqlarda həyəcan və qorxu halları baş verir. Bəs bunun necə qarşısını ala bilərik?

ANN.Az deyerler.org-a istinadən bildirir ki, ilk dəfə məktəbə gedən uşaqlar həyəcanlarını, qorxularını demirlər. Bu hal qarın ağrısı, baş ağrısı və iştahanın azalması kimi reaksiyalarla baş verir. Həyəcanları bu tərzdə ortaya çıxır. Bu növ əlamətləri uşağı dilə gətirməklə azalda bilərik.
 
Uşaqlarınıza məktəbə gedirsən, "artıq oyun oynamaq yoxdur" və ya "böyüdün artıq dərslə məşğul olacaqsan" kimi sözlər deməyin. Unudulmamalıdır ki uşaqlar müəyyən yaşa qədər oyunlar oynamalıdır. Məktəbin başlaması bu vəziyyəti dəyişdirmir. Uşaqlarınıza təzyiq etmək əvəzinə maraq yaradaraq, məktəblə bağlı motivasiya yaradın.
 
Məktəb narahatlığı problemi təkcə ibtidai məktəbdə yox, böyük sinif uşaqlarında da baş verə bilər. Rüsvay olmaq qorxusu və ya təhsil qüsurlarının olması uşaqlarınızı gərginliyə sala bilər. İctimai mühitdə özünü tapa bilmirsə, dost münasibətləri yaxşı deyilsə, uşaqlarınız məktəbə başlama dövrünü narahat keçirirlər. Gərgin imtahanlar da məktəb narahatlığını daha da artıra bilər.
 
Bu dövrün rahat keçməsi üçün ailələr sakit davranmalıdırlar. Uşaqlar ailələrin narahatlığını başa düşərək məktəbə qarşı məsafə saxlaya bilirlər. Valideynlər məktəbin ilk gününü gözəl bir gün kimi əks etdirməlidirlər və bu tərzdə yaşatmalıdırlar. Uşağı daim məktəbə aparmaq, yanaşı oturmaq istəyi də uşaqda özünə inam problemini yarada bilər. Ailələr müəllimlərə etimad etməlidir. Çünki onlar bu hallara qarşı nə etməyin lazım olduğunu çox yaxşı bilir. Ailələr uşaqlarının cəmiyyətin bir üzvünə çevrilməsi üçün imkan verməlidir.
 
Uşaqlarınıza "Sənin üçün saçımızı ağardırıq", "İstəyimiz dərslərini oxumağındır", "Məşğul olmasan, oyun oynamağı qadağan edərik, həyətə düşməyə qoymarıq, gəzməyə aparmarıq!" kimi, təzyiq üslublu yanaşmalardan istifadə etməyin. Bu vəziyyət uşağı öz gələcəyi üçün yox, ailələri üçün dərs etməyə sürükləyəcək. "Bizim üçün dərs oxusun" deyilirsə, uzunmüddətli uğur əldə edilməz və uşağınız yarı yolda bezib imtina edə bilər. Proqramlar, oyunlar quraraq dərs etməsi təmin olunmalıdır.
 
Uşaqlarımıza məktəb dövrü çox intizamlı bir şərait qurub, tətillərdə tamamilə azad şərait yaradırıq. Bu vəziyyət uşaqlarda həyatı dərk etmək prizmasında uğursuzluğa səbəb olur. Uşaqlar idman fəallıqları ilə istiqamətləndirilməlidir. Uşaqlar yay aylarında məktəbi üçün darıxır, məktəb vaxtında isə istirahət etmək istəyir. Uşaqlar tətildə davamlı televizor, kompüter və telefonla məşğul olur. Yatma-qalxma saatları, gün ərzində olan ekran vərdişləri məktəblərin açılmasına yaxın bir prosesdə azaldılmalıdır. Uşaqlarınızın formada olması baxımından bu çox mühüm bir davranışdır. Çünki istirahətdə uşaqların məhdudiyyətsiz hərəkət etməsini istəmirik

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol