• $
  • €
  • ₽
  • ₺
  • £

Başqalarına verilməsi mümkün olmayan 10 əşya

Başqalarına verilməsi mümkün olmayan 10 əşya
17.09.2016 23:11

Yəqin sizin də evdə artıq əşyalarınız var, hansı ki, atmağa heyfiniz gəlir. Siz o əşyaları ehtiyacı olan tanışınıza və ya qohumunuza verirsiniz.

ANN.Az immunitet.az-a istinadən bildirir ki, burada pis heç nə yoxdur, əksinə siz xeyixah bir iş görürsünüz. Amma 10 əşya vardır ki, onları heç kimə vermək olmaz. Çünki həmin əşyaları verməklə siz, nəinki həmin adama yaxşılıq edirsiniz, hətta ona ziyanınız da toxuna bilər. Siz ona elə xəstəlikləri yoluxdura bilərsiniz ki, onun sağalması uzun illər vaxt apara bilər. Bəs bu əşyalar hansılardır?


1. Diş şotkası - Sizin diş şotkanız sizin üçün zərərli sayılmaya bilər, amma o başqasını ağız boşluğuna stafiokokk və ya başqa infeksiyaların düşməsinə cəbəb olar. Çünki diş yuyulduqdan sonra şotkanın yuyulmasına baxmayaraq onda bir çox bakteriyalar inkişaf edir. Siz öz orqanizminizdəki infeksiyaları başqasına ötürə biərsiniz.


2. Əl-üz dəsmalı - Vanna otağından asılan dəsmalda çoxlu miqdarda bakteriyalar, göbələklər və mikroblar olur. Bunun səbəbi əlinizi sildikdən sonra dəsmalın nəm yerdə qalmasıdır.


3. Dodaq pomadası - Pomada sizdə olan xəstəlikləri asanlıqla başqasına yoluxdura bilər. Əgər sizdə herpes virusu varsa, o az bir zamanda pomadanızı verdiyiniz adama yoluxa bilər.


4. Diş pastası - Diş pastası, diş şotkası qədər təhlükəli deyil, amma əgər pastanı sıxan zaman tubikin ağzı şotkaya dəyibsə, onda mikroblar barədə düşünməyə dəyər.


5. Dezodorant - Qoltuq altına sürtdüyünüz antiperesperantınız qoltuğunuzun altındakı mikrobları asanlıqla başqasına daşıya bilər. Diyircəkli dezodorantlar qolun altını tərləməyə qoymasa da, mikrobları özündə saxlamaq qabiliyyətinə malikdir.


6. Pinset - pinset sizin tük diblərinizdə olan infeksion xəstəlikləri başqasına keçirə bilər.  Düzdür, bu nadir hallarda baş verir, amma mümkün ola bilər.


7. Ülgüc - Ülgücdən istifadə zamanı üzdəki tüklərlə birgə ölmüş dəri toxumaları da təmizlənir. Əgər sizdə hepatit və ya İİV varsa o digərinə asanlıqla yoluxa bilər.


8. Dırnaqtutan - Dırnaqlarda göbələk xəstəliyi varsa, rahatca digər istifadəçiyə keçir.


9. Sabun - Sabun vasitəsilə əldəki virus və göbələk xəstəliklərinin digər istifadəçiyə keçməsi mümkündür.


10. Qulaqcıqlar - musiqiyə qulaq asmaq üçün istifadə etdiyiniz qulaqcıqları başqasına verməyin. Siz bununla stafilokokk, streptokokk və göbələk infeksiyalarının yayılmasına səbəb olursunuz.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol