• $
  • €
  • ₽
  • ₺
  • £

Erkən oyanmağa həvəsləndirəcək 10 SƏBƏB

Erkən oyanmağa həvəsləndirəcək 10 SƏBƏB
18.09.2016 17:10
Bəzən günün yorğunluğunu canımızdan çıxarmaq və yeni günə daha həvəslə başlamaq üçün müxtəlif səbəblərə ehtiyacımız olur. Bu səbəblər hədəf şəklində də özünü göstərə bilər. Bizi yerimizdən erkən qalxmağa və yeni günə daha həvəslə başlamağa yönəldən həmin səbəbləri birlikdə tapmağa çalışaq.

 
1. Bu sizin sağlamlığınız üçün çox faydalıdır. Səhər yuxudan erkən oyanmaq və saatlarınızı yataqda keçirməmək fizioloji baxımdan daha sağlam olmağınıza dəlalət etməklə yanaşı, həm də psixoloji sakitliyiniz üçün də böyük əhəmiyyət kəsb edir.

2. Gününüzün daha uzun olacağını düşünün. Bu halda daha çox işi çardıra bilər, müxtəlif görməli işlərinizi bir gün ərzində tamamlamağa qadir olarsınız.

3. Dostlarınızla görüşmək üçün vaxtınız olacaq. Bu isə daha çox ünsiyyət və doğmalıq deməkdir. Sizin gününüz təkcə işdən deyil, həm də xoş keçirilən zamandan ibarət olacaq. 

4. Səhər yeməyinizi etmək üçün vaxtınız olacaq. Yatağınızdan qalxan kimi qaçhaqaç ilə işə getməyiniz sizi bir neçə addım geriyə salır və gününüzün də enerjisiz keçməsinə səbəb olur. Yatağınızdan daha erkən qalxın və ən yaxşı formada səhər yeməyi yeyin.

5. Mütaliə üçün ən uyğun zamanı seçə bilərsiniz. Bəlkə də siz o insanlardansınız ki, kitabları məhz erkən saatlarda oxumaq sizə ən uyğun olanıdır. Bu halda niyə bunu dəyərləndirməyəsiniz ki?

6. İdman etmək üçün sağlam başlanğıcınız olacaq. Səhərlər qaçmağın faydası haqqında danışmaq artıq olardı. Çünki artıq demək olar ki hər kəsin bundan xəbəri var. Sadəcə daha erkən qalxmaq və qaçmaq lazımdır - bunun xeyrini ən tez zamanda görəcəyinizə əminik.

7. Məhsuldar olacaqsınız. Səhər saatları insanların ən məhsuldar olduğu vaxt hesab edilir. İşlərinizin bir çox hissəsini məhz erkən saatlarda başlaya və bitirə bilərsiniz. Sonra isə icazə verin beyniniz və ya bədəniniz istirahət etsin.

8. Məqsədlərinizə daha tez çatmaq üçün daha çox zamanınız olacaq. Bəlkə də siz kiçik hədəflər adamı deyilsiniz və bir gün sizə daima çox qısa gəlir. O zaman erkən oyanmaq vaxtıdır. Yerinizdən qalxın və dünyanı fəth edin!

9. İnsanlara daha yaxşı təsir edə bilərsiniz. Belə ki, bir çox tədqiqat da sübut edir ki, erkən saatlarında keçirilən iş görüşləri olduqca effektiv olur. Odur ki, bu faktı gözardı etmək olmaz.

10. Həyatınızı yuxuda deyil, oyaq yaşayın! Bundan böyük səbəb ola bilərmi?  //pahoo.az


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol