• $
  • €
  • ₽
  • ₺
  • £

Boyun ağrılarının səbəbləri

Boyun ağrılarının səbəbləri
18.09.2016 18:50
Boyun ağrıları bir çox müasir insanları narahat edir. Belə ağrılar müxtəlif səbəblərə görə inkşaf edir. Bu səbəblər arasında:

- Əzələlərin həddən artıq gərgin olması (mialgiya). Uzun müddət ərzində oturaq vəziyyətdə iş görən insanda boyun əzlələrinə gərginlik artır, əzələlər sıxılır. Sıxılmış əzələlər yanında yerləşən sinirləri sıxır ki, bu da boyun ağrılarının inkişafına səbəb olur. Ağrı boyunun arxa hissəsini əhatə edir və çiyinlərə yayılır. Belə ağrılar ofis işçilərini tez-tez narahat edir.
Belə vəziyyətə düşməmək üçün oturaq vəziyyətdə işləyən insan hər 30-40 dəqiqədən bir çox sadə hərəkətlər etməlidir - boynunu arxaya, qabağa və yanlara əyməlidir. Bu əzələlərdən artıq yükləməni götürür, qan dövranı yaxşılaşdırır, əzlələri "boşaldır" və ağrılardan xilas edir.

- Boyun osteoxondrozu da boyun ağrılarının ən yayılmış səbəblərindən biridir. Bu ciddi xəstəlikdir. Xəstəlik onurğada mübadilə proseslərinin pozulması nəticəsində inkişaf edir. Fəqərələr arasında yerləşən və amortizasiya funksiyasını yerinə yetirən fəqərələr arası disklər tədricən sürtülür və nazilir. Nəticədə fəqərələr bir birinə yaxınlaşır və aralarında keçən sinirləri sıxmağa başlayır ki, bu da ağrılara səbəb olur. Ağrı dartıcı xarakter daşıyır, insan başını çevirdikdə ağrı artır. Xəstəliyin risk faktorları arasında: azhərəkətli həyat tərzi, streslər, travmalar, ağır yükləmələr və s. İrsiyyət də burada böyük rol oynayır - əgər sizin yaxın qohumlarınızda osteoxondrozdan əziyyət çəkənlər  varsa, sizdə bu pozulmanın inkişafının riski artmış olur.

- Fəqərələr arası yırtıq. Bu osteoxondrozun nəticəsindir. Nazilmiş fəqərəarası disk yırtılır və onun işərisində olan nüvə çölə çıxaraq fəqərələr arasında sıxılır. Bu patologiya zamanı ağrı boyunda və kürəkdə hiss olunur. Digər simptomlar arasında - qollarda  keyimə, baş ağrıları.

- Nevralgiya. Ənsə sinirinin zədələnməsi də boyun ağrılarına səbəb ola bilər. Bu pozulma bir çox hallarda ənsə nahiyəsinin soyuqlaması, boyun osteoxondrozu, travma və s. nəticəsində inkişaf edir. Ağrı ənsədən boyuna, qulağa, gözlərə yayılır. Ağrı çox güclü olur və insan başını çevirəndə daha da güclənir. Nəticədə xəstə başını bir daim vəziyyətdə saxlamağa çalışır.

- Miozit - əzələlərin iltihabı. Bu pozulma infeksion xəstəliklər (angina, qripp),   soyuqlamalar, travmalar nəticəsində inkişaf edə bilər. Bir çox hallarda miozitin səbəbi adi yelçəkən olur. Xəstə başını çevirə bilmir, boyun sanki "donur". Ağrı boyunun bir hissəsində hiss olunur, qulaqlara, çiyinlərə yayılır.

- Streslər. Güclü stress sinirlərin tonusunu artırır, nəticədə əzələlər də sıxılır və insan boyun nahiyəsində ağrı hiss edir. //saglamolun.az

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol