• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıtda qida üçün yararsız balıq satışının qarşısı alınıb

Sumqayıtda qida üçün yararsız balıq satışının qarşısı alınıb
29.05.2020 06:26
Sentyabrın 17-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin ( DBNX) Sumqayıt şəhər Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhərində təşkil olunmuş kənd təsərrüfatı yarmarkasında heyvandarlıq məhsullarına (iri və xırdabuynuzlu heyvan, quş, balıq ətlərinə, bal və s.) baytarlıq nəzarəti həyata keçirilib.

DBNX-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, heyvandarlıq məhsullarının baytarlıq-sanitariya ekspertizası zamanı Neftçala rayonundan alınıb yarmarkaya satış məqsədi ilə gətirilmiş müşayətedici sənədi olmayan, orqanoleptik göstəriciləri standarta uyğun olmayan, pis qoxusu olan, 44-BM 957 dövlət nömrə nişanlı avtomobildə antisanitar vəziyyətdə daşınan Masallı rayon sakini Əsədov Firudin Şakir oğluna məxsus 179 kq, Sumqayıt şəhər sakini Qarakişiyev Arif Cavad oğluna məxsus 27 kq (cəmi 206 kq) çəkisində olan insan qidası üçün yararlığına şübhə yaradan balıqlar aşkar edilib və satışdan çıxarılıb.
 
İnsan qidası üçün yararlığı şübhə doğuran balıqlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
 
Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən Firudin Əsədova məxsus balıqlarda aeromonoz xəstəliyinin, Arif Qarakişiyevə məxsus balıqlarda isə saprolegniz xəstəliyinin törədiciləri aşkar edilmişdir. Biokimyəvi müayinələrin nəticəsinə əsasən balıqların insan qidası üçün keyfiyyətsiz olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi müəyyən edilib.
 
Respublika Baytarlıq Laboratoriyasının 19 sentyabr 2016-cı il tarixli, 0959 nömrəli ekspertizasının nəticələri nəzərə alınaraq balıqların zərərsizləşdirilməsinə qərar verilib.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol