• $
  • €
  • ₽
  • ₺
  • £

Norveçdən xoş təəssüratlarla

Norveçdən xoş təəssüratlarla
21.09.2016 19:42
Azərbaycan Dillər Universitetinin Norveçin Oslo universiteti ilə əməkdaşlığı çərçivəsində ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Skandinaviyaşünaslıq ixtisasında təhsil alan tələbəsi Fazilə Davudova iyunun 25-dən avqustun 5-dək Norveçdə təşkil olunan yay məktəbində iştirak edib. Adıçəkilən ixtisasa 408 balla qəbul olan və hazırda II kursda təhsil alan Fazilə Davudova dəqiq fənləri sevsə də özünü heç vaxt ciddi, oturaq iş şəraitində təsəvvür edə bilməyib. Skandinaviyaşünaslıq ixtisasında təhsil almaqdan məmnunluğunu bildirən tələbəmiz bunun gələcək karyerasının başlanğıcı üçün düzgün seçim olduğunu düşünür. 

ADU-nun beynəlxalq əlaqələri haqqında araşdırma apararkən universitet tələbələrinin Norveçdə təşkil olunan Yay məktəbində iştirak etmək şansı olduğunu öyrənən tələbəmiz o andan etibarən qarşısına məqsəd qoyub. "Çox çalışdığım üçün məqsədimə çatmaq çətin olmadı”- deyən Fazilə Davudova yay məktəbində iştirak etməyin onun həyatında çox şeyi dəyişdiyini, o cümlədən yeni təhsil metodları ilə tanış olaraq dil biliyini artırmasına, yeni dostlar qazanmasına şərait yaratdığını, eyni zamanda müxtəlif mədəniyyətləri tanımaq, dünyanın dörd bir yanından olan tələbələrlə ünsiyyət qurmaq, fikir mübadiləsi aparmaq imkanı qazandırdığını vurğuladı.

Təşkil olunan yay məktəbindən müsbət təəssüratlar və xoş xatirələrlə qayıdan Fazilə Davudova "Min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” deyərək Norveç haqqında eşitdiklərini və öyrəndiklərini öz gözü ilə görməyin mükəmməl olduğunu söylədi. 

Norveçdə təhsil aldığı müddətdə tələbəmiz sosial ictimai həyatda Azərbaycanın tanıdılması baxımından da bir sıra işlər görüb. O, Azərbaycan haqqında bilgiləri olmayan əcnəbi tələbələrə dövlətimizin tarixi, coğrafiyası, dili, mədəniyyəti barədə məlumat verib. Digər ölkələri təmsil edən tələbələrlə aparılan diskussiyalardan sonra onlar internet vasitəsi ilə Azərbaycanı araşdırmağa başlayıblar. Onların ölkəmizlə bağlı təəssüratları müsbət olub və Azərbaycana səyahət etmək istədiklərini bildiriblər.

Yay məktəbinə qatılan tələbəmizin gələcəklə bağlı planları karyera və təhsil həyatında doğru, inamlı addımlar atmaq, özünü bu yolda inkişaf etdirməkdir. Norveç dilini öyrənməyin onun həyatında önəmli rol oynayacağına, ilk növbədə, gələcəkdə Norveçdə təhsil almaq şansı yaradacağına inandığını söyləyən Fazilə Davudova bütün tələbələrə təhsil və həyatlarında uğurlar arzuladı, layihədə əməyi keçən hər kəsə öz təşəkkürünü bildirdi



www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol