• $
  • €
  • ₽
  • ₺
  • £

Dini radikalizm hardan qaynaqlanır?

Dini radikalizm hardan qaynaqlanır?
22.09.2016 17:23
"Sputnik” Beynəlxalq Mətbuat Mərkəzində "Dinə necə münasibət bəsləməli və nəyi dini təbliğat saymalı?” mövzusunda dəyirmi masa keçirilib

"Dünyəvi dövlətlərdə din dövlətdən ayrı olur. İnsanların öz inancları, ruhani dünyaları, dini etiqad və vicdan azadlıqları var, lakin onların bu azadlıqları siyasətə qarışmır, dövlət idarəçiliyinə müdaxilə etmir.”

Bunu sentyabrın 22-də "Sputnik” Beynəlxalq Mətbuat Mərkəzində "Dinə necə münasibət bəsləməli və nəyi dini təbliğat saymalı?” mövzusunda keçirilən konfransda "Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri Ülkər Abdullayeva deyib.

Onun sözlərinə görə, Azərbaycanda dini radikalizm son zamanlara qədər elə də populyar bir mövzu deyildi. Çünki Azərbaycan tarixən başqa dinlərə tolerant yanaşmış ölkədir və burada radikalizmə gətirib çıxaracaq amillər yox idi.

"Biz xarici ölkələrə gedəndə Azərbaycan haqda deyirlər ki, çox qəribədir, sizdə sinaqoq, kilsə və məscid yan-yana dayanıb. Bu bizim üçün çox böyük dəyərdir, çünki biz ölkəmizdə hər kəsin dininə hörmətlə yanaşır, azlıqda olan dinlərin nümayəndələrinə öz dini inanclarını yaşatmağa şərait yaradırıq. Ölkə əhalisinin 96%-i İslam dininin təmsilçiləridir. Bizdə şiə təriqətinin nümayəndələrinin sayı üstünlük təşkil edir. Lakin bizdə müxtəlif təriqətlər arasında da qlobal anlamda münaqişələr heç zaman olmayıb”, - deyə o bildirib.

Birlik sədrinin sözlərinə görə, son vaxtlar, xüsusən də Nardaran hadisələri zamanı Azərbaycanda dini radikalizm məsələsi diqqət mərkəzinə gəlib. "Bəzi dindarlar artıq ölkənin siyasi həyatına müəyyən mənada müdaxilə etməyə cəhd edirdilər. Bunun isə qarşısı hüquq-mühafizə orqanları tərəfindən alındı. Məlumdur ki, Azərbaycandan bəzi adamlar İŞİD sıralarına qoşulamağa başladı. Onların qanunsuz yollarla Türkiyə və Suriya sərhədini keçərək İŞİD terror qruplaşmasına qoşulmasına dair məlumatlar var”.

Birlik sədrinin sözlərinə görə, bunun səbəbi müəyyən radikal qruplaşmaların insanların sosial-iqtisadi vəziyyətindən, məlumatsızlığından istifadə edərək onları ələ alması, beyinlərini yumasıdır: "Bəzi dini cərəyanlar işsizlik və insanların sosial-psixolojı vəziyyətindən istifadə edərək onları öz tərəflərinə çəkirlər”.

Ü.Abdullayeva Azərbaycan qanunvericiliyinə dini fanatizm və düşmənçilik zəminində Konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı ağır cəzaların tətbiqi, ibadətgahlardan kənarda və ictimai yerlərdə dini şüarların səsləndirilməsinin, dini atributların və dini bayraqların nümayişinin qadağan edilməsi ilə bağlı təklifləri də şərh edib.

Teoloq Hacı Adil Hüseynoğlu isə öz növbəsində deyib ki, ibadətgahlardan kənarda və ictimai yerlərdə dini şüarların səsləndirilməsinin, dini atributların və dini bayraqların nümayişinin qadağan edilməsi ilə bağlı təkliflər bizim dəyərlərimizlə

tam səsləşmir. Ekspertin fikrincə, yaxşı olardı ki, qadağa qeyri-ənənəvi dinlərin təbliğatına yönələydi. O, dini radikal meyllərin savadsızlıqdan irəli gəldiyini bildirib. Qeyd edib ki, insanların radikal dini təriqətlərə və qruplaşmalara qoşulmaması üçün təhsil müəssisələrində insanlıq əleyhinə olmayan din modellərinin tədrisinə yer verilməlidir.

Xatırladaq ki, "Qadın Liderliyi Uğrunda" İctimai Birliyi AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Sekulyar dövlətçilik, dini radikalizm və insanlıq əleyhinə çevrilməyən din modeli” ilə bağlı maarifləndirmə layihəsini icra edir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Cəmiyyət 09:50
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol