• $
  • €
  • ₽
  • ₺
  • £

Dilçilik İnstitutu 7 dövlət qurumu ilə müqavilə imzalayacaq

Dilçilik İnstitutu 7 dövlət qurumu ilə müqavilə imzalayacaq
29.05.2020 04:59
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu 7 dövlət qurumu ilə müqavilə imzalayacaq.

Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva "Report”a açıqlamasında bildirib ki, institut "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC), Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi, Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyi, Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti ilə müqavilələr bağlayacaq. 

Onun sözlərinə görə, institutun direktoru adından həmin qurumlara məktublar göndərilib: "Yalnız "Azəravtoyol”la danışıqlar apara bilməmişik. Dövlət qurumları ilə imzalayacağımız müqavilələrin müddəti bir ildir”.

S.Əliyeva bildirib ki, müqavilə həmin qurumların özündə, tabeliklərindəki təşkilatlarda və nəzarətlərində olan ərazilərdə yerləşdirilən reklam lövhələri və afişalarda Azərbaycan ədəbi dilinin normalarına riayyət edilməsi üçün bağlanacaq: "Bunun üçün orada istifadə olunan adların siyahısı və müvafiq mətnlər Dilçilik İnstitutunun Monitorinq şöbəsinə göndərilməlidir. Yəni qarşılıqlı əməkdaşlıq şəraitində işləməyə şərait yaradılmalıdır”.

Şöbə müdiri qeyd edib ki, İqtisadiyyat Nazirliyi ilə də müqavilə bağlamağı nəzərdə tuturlar. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol