Gənclər kağız tullantıları təkrar istifadəyə cəlb edəcək

Oktyabrın 1-2-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə VIII qrant müsabiqəsi çərçivəsində "Planetimizin ürəyi olan yaşıllıqları qoruyaq” adlı layihə reallaşdırılacaq.
Layihə rəhbəri Kəmalə Rəsullu AZƏRTAC-a bildirib ki, layihə çərçivəsində gənclər kağız tullantıların təkrar istifadəsinin əhəmiyyəti barədə seminara qatılacaq, daha sonra könüllü olaraq kağız yığım məntəqələrinin təşkilində iştirak edəcəklər. Layihədə 25 nəfər gəncin iştirakı nəzərdə tutulub.
O bildirib ki, təkrar istifadə olunan hər ton kağız bir neçə ağacın kəsilməsinin qarşısını alır. Məqsəd bunu hər birimizin dərk etməsi və təkrar istifadənin genişlənməsidir.
www.ann.az
























