• $
  • €
  • ₽
  • ₺
  • £

Dahilərin yaramaz uşaqlıqları

Dahilərin yaramaz uşaqlıqları
29.09.2016 09:39
İbtidai siniflərdən uşaqlarımızın qiymətləri zəif olduqda onları danlayırıq. Biz dərslərdən yaxşı qiymət almayacağı tədqirdə uşaqlarımızın gələcəkdə məslək sahibi olmamalarından qorxuruq. Bəs dahilərin uşaq vaxtlarında necə olduqlarını bilirsinizmi?

1. Tomas Edisonun məktəb müəllimi onun anasına yazdığı məktubda Edison haqqında "Beyinsiz bir uşaqdır, ondan bacarıqlı adam çıxmaz” deyə yazmışdır.  Halbuki, Edison elektrik lampasını, qramafonu və kino kamerasını kəşf edən adam kimi tarixə düşüb.

2. Amerikanın qurucularından sayılan siyasətçi, yazıçı, diplomat, elm adamı olan Boston Latin məktəbdə 2 il oxuduqdan sonra 10 yaşında məktəbi buraxmışdır. O, Amerika üçün tarixi şəxsiyyətlərdən biri sayılır.

3. Təkcə Amerikanın deyil, bütün dünyanın yetişdirdiyi basketbol ulduzu Michael Jordan məktəbi yarımçıq qoymuşdur. Məktəbdə hətta onu boyu balaca olduğuna görə basketbol komandasına daxil etməyiblər.

4. Greqor Mendel istədiyi universitetə qəbul edilməmiş, başqa universitetdən isə qovulmuşdur. Halbuki o, genetika elminin qurucularından sayılır.

5. Yaşı iyirmiyə çatmadan buxar maşınını kəşf edən Georqe Westinghous kollecdən bacarıqsız, tənbəl və avam olduğuna görə qovulmuşdur. Halbuki, həyatı boyunca inanılmaz kəşflərə imza atmış və 400-dən çox icadla dünya tarixinə adını salmışdır.

6. Albert Enşteyn 15 yaşında olduqda təhsilini yarımçıq qoyur. Bir il sonra başqa bir litseyə qəbul olmaq üçün sənədlərini verir, amma qəbul olunmur. Halbuki, Enşteyn Time qəzeti tərəfindən "Əsrin adamı” seçilmiş, Nobel mükafatına layiq görülmüşdür.

7. Balzak müəllimləri tərəfindən daima danlanan uşaqlardan olub.

8. Dünya musiqisinin atası sayılan Bethoven skripkanı pis tutduğuna görə, musiqi müəllimi tərəfindən "Səndən musiqiçi olmaz” deyə qovulmuşdur.

9. Dünyaya "Süh və müharibə” kimi əsəri bəxş edən Lev Tolstoy öyrənmə qabiliyyətinin olmadığına görə kollecdən qovulub.

10. Müəllimləri tərəfindən ağzının iri olmasına görə musiqi dərslərindən qovulan Armstronq dünyada sözlü cazın banisidir.

11.Elvis Presley ilk dəfə səsyazma studiyasına müraciət edəndə onu "Get sürücülüyünə davam et” deyə qovmuşlar.

Sənətdə, siyasətdə, musiqidə, elm və ticarət aləmində onlarca insanlar vardır ki, onlar uşaqlıqda elm və təhsildən uzaq olublar. Halbuki, qabiliyyətləri onları dünyaya tanıdıb. Bilmək olmaz, bəlkə sizin uşağınız da onlardan biri olacaq. Buna görə də övladınızın zəif oxumağına baxıb ruhdan düşməyin və əsla uşağınızı sevməkdən vaz keçməyin. //immunitet.az

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol