• $
  • €
  • ₽
  • ₺
  • £

Mənşəyi məlum olmayan xəstəlik yayıldı

Mənşəyi məlum olmayan xəstəlik yayıldı
01.10.2016 21:55
Astara rayonunda  iribuynuzlu mal-qara arasında mənşəyi məlum olmayan xəstəlik yayılıb.
 
APA-nın məlumatına görə, xəstəlik bir aya yaxındır ki, rayonun əksər  kəndlərində müşahidə olunmaqdadır. Heyvanların bədənində düyünlər yarandığı, qidalana bilmədikləri bildirilir. Bu hala daha çox rayonun Şiyəkəran kəndində rast gəlinir. Yerli sakinlərin sözlərinə görə, xəstəlik kənddəki əksər şəxsi təsərrüfatlarda yayılıb.

Ümumilikdə kənddə xəstə heyvanların sayı 100-dən artıqdır. Sakinlərin sözlərinə görə, heyvanlar arasında ölüm faktları da qeydə alınıb. Xəstəliyə tutulmuş heyvanlara edilən müalicələrin isə heç bir nəticə vermədiyi bildirilir.
 
Yerli baytarlar sakinlərə profilaktik tədbirlərin aparılmasını məsləhət görüblər.
 
Astara Rayon Baytarlıq İdarəsinin rəisi Mübariz Axundovun verdiyi məlumata görə, heyvanlar arasında yayılmış xəstəliyə səbəb sakinlər tərəfindən onların gecələr də örüş sahəsində saxlanmasıdır. Xəstəliyin dəqiq səbəbləri isə hələlik bilinmir.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol