• $
  • €
  • ₽
  • ₺
  • £

Professor intiharların şok səbəblərini açıqladı

Professor intiharların şok səbəblərini açıqladı
12.10.2016 16:53
"Son vaxtlar intihar hadisələri çoxalıb, depressiyaların sayı artıb. Həmçinin, stresslə əlaqədar olan xəstliklər – "psixosomatik xəstəliklər” adlandırılan qruplarda artım var”.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının professoru Nadir İsmayılov deyib.

Onun sözlərinə görə, şizofreniya, epilepsiya xəstələrinin sayında artım müşahidə olunmur: "Ümumiyyətlə, deməliyəm ki, cəmiyyətdə baş verən hadisələrin bu cür xəstəliklərin sayının artımına təsiri çox böyükdür. Psixiatrlara müraciətlərin artması da bunu sübut edir. Mənim bəzən o qədər xəstəm olur ki, müraciət etdiyi gün onları qəbul edə bilmirəm. Hazırda Maştağadakı psixoloji mərkəz 1850 çarpayılıq olsa da, orada 2200 xəstə var".
İntiharların artmasına toxunan N.İsmayılov vurğulayıb ki, əlimizdə rəsmi statistika olmasa da, yayılan xəbərlərdən, müxtəlif məlumatlardan intiharların sayının günü-gündən artdığını görürük: "Bəlkə də əvvəlki dövrlərə nisbətən 5-6 dəfə artdığını deyə bilərik. İntiharların əsas səbəbi ictimai problemlərlə bağlıdır. Məsələn, çox insanlar banklara borclarını qaytara bilmədiklərinə görə depressiyaya düşürlər. Bəzən ailə büdcəsi aşağı olan insanlar arzuladıqları həyat tərzini sürə bilmədiklərinə görə depressiyaya düşürlər, bu cür hallar onların psixikasına mənfi təsir göstərir. Yəni, əsasən maddi sıxıntılar insanların psixikasında ciddi narahatlıq yaradır.

Digər tərəfdən, ailə-məişət zəminində də intiharlar və xüsusilə qətl hadisələrinin də artdığını görürük. Bəzən internet, sosial şəbəkələr, mobil telefonların yaratdığı imkanlar ailə münaqişələrinə çevrilir. Fikir verin, 5 il əvvələdək ailə quranların yalnız bir neçə faizi ayrılırdı. İndi isə cütlüklər arasında boşananların sayı 30 faizə yüksəlib.

Bunların da hamısının psixoloji səbəbləri var. Araşdıranda, çox hissəsinin müasir yaşayış tərzinə və iqtisadi amillərə bağlandığını görürük”.

Psixiart depressiyadan qorunma yollarından da danışıb. O bildirib ki, bu məsələdə ən önəmli məqam düzgün rejimli həyat tərzidir: "İnsan hər gün düzgün qidalanmalı, idman etməlidir. Həm fiziki, həm də mənəvi baxımdan istirahəti təmin etmək lazımdır, yəni kitab oxumaq, təmiz havada gəzmək vacibdir. Əlbəttə, internetin mənfi təsirləri mövcuddur. Təəssüf ki, bu məsələdə heç bir normaya əməl edilmir. Gənclər normadan qat-qat artıq internetdə olurlar, saatlarla, bəzən sutkalarla şəbəkədə olurlar. Uşaqlar üçün biz gündə 2 saatı norma kimi qəbul edə bilərik”.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol