• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil sahəsində YENİ GÜZƏŞTLƏR

Təhsil sahəsində YENİ GÜZƏŞTLƏR
29.05.2020 02:02
Azərbaycanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum qalmış 23 yaşına qədər olan şəxslər AMEA-nın magistratura pilləsində təhsil haqqı ödənişindən azad ediləcək, digər təhsil müəssisələrində bu kateqoriyadan olan şəxslər üçün bir sıra təminatlar yaradılacaq.

APA-nın məlumatına görə, bu, bu gün Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna təklif edilən əlavə və dəyişikliklərdə əksinin tapıb.

Layihə barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. Qanunun 5-ci (Təhsil üzrə təminatlar) maddəsinə təklif olunan əlavə və dəyişikliyə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olanlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində (AMEA magistratura) təhsil haqqından azad ediləcəklər. Bundan başqa, qeyd olunan kateqoriyadan olan vətəndaşlar ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrini və AMEA magistraturasını bitirdikləri zaman müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar, habelə respublika üzrə orta əməkhaqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunacaqlar. Onlara təhsil aldıqları müddətdə dərslik və dərs ləvazimatlarının alınması üçün müavinətlər də veriləcək.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol