• $
  • €
  • ₽
  • ₺
  • £

Bağırsaqların düşməni olan yeməklər

Bağırsaqların düşməni olan yeməklər
15.10.2016 08:51
Bağırsaqlar bədənimizin mühüm üzvlərindən biri sayılır ki, sağlamlığımızla birbaşa əlaqəsi vardır. Bu üzvün sağlam olması üçün yemək tərzimizə diqqət etməliyik.

ANN.Az deyerler.org-a istinadən bildirir ki, bağırsaq xərçənginin əsl səbəbi - sağlam olmayan qidalanma, köklük və hərəkətsizlikdir.
Bir çoxlarımız bunu yaxşı bilirik ki, sağlam olmaq üçün hərəkət etmək lazımdır. Həmçinin bunu da unutmayaq ki, hərəkət etmək qədər də yeməklərimizə diqqət etməliyik. İnsan gərək sağlamlığına ziyan vuran qidalardan uzaq olsun. Ona görə də bəzi tövsiyələrimizə diqqət edin.
 
1. Kolbasa və sosiskadan uzaq olun. Bu qida bədəninizə natriumu və nitratları daxil edər. Bundan başqa, kolbasa istehsalında rəngləyicilərdən, mikrob əleyhinə dərmanlardan, dadvericilərdən istifadə olunur ki, sağlamlıq üçün təhlükəlidir. Tədqiqatlar göstərmişdir ki, kolbasanın tərkibində olan nitratlar xərçəng yaradan amilə çevrilir. Ona görə də həkimlər kolbasadan bu qədər uzaq olmağı tövsiyə edirlər.
 
2. Qırmızı ət. Bəzi tədqiqatlar göstərir ki, qırmızı əti çox qəbul etmək bağırsaq poliplərini meydana gətirər ki, bu da xərçəngə çevrilər. Hətta toyuğu və balığı da həddən artıq istifadə etmək həmin problemlərə gətirib çıxarda bilər. 6 il ərzində 32000 nəfər üzərində aparılan tədqiqatlar göstərmişdir ki, o kəslər ki, qırmızı əti, toyuq və balığı çox istifadə edirlər, başqaları ilə müqayisədə üç dəfə daha çox bağırsaq xərçənginə düçar olurlar. Halbuki bu ətləri lobya, noxud və mərci ilə əvəz etsələr, bu risk 50% azala bilər. Bunu unutmayaq ki, insan həftədə iki dəfə qırmızı ət yeməlidir. Əti seçən zaman onun təzə və orqanik olmasına diqqət edin. Həm də bunu nəzərə alın ki, qırmızı əti yüksək dərəcədə uzun müddət qızartmaq da xərçəng üçün şərait yaradar. Çünki ətin tərkibində olan amin turşuları yüksək dərəcədə heterosiklik aminlərinə çevrilər. Bu maddə də xərçəng riskini artırar.
 
3. Qızardılmış kartof. Çips və ya qızardılmış kartofun tərkibində akrilamid maddəsi vardır. Bu maddə bir neçə növ xərçəngə çevrilə bilir ki, onlardan biri də bağırsaq xərçəngidir. Bu maddə yüksək hərarət zamanı meydana gələr. Bu məsələ o qədər ciddidir ki, Beynəlxalq Tibb Təşkilatı belə, öz nigaranlığını bildirmişdir.
 
4. Şəkər. Şəkər - xərçəng hüceyrələrinin qidasıdır. Hər bir hüceyrə böyüməsi üçün fruktozadan istifadə edər. Ancaq xərçəng hüceyrələri sağlam hüceyrədən ikiqat çox istifadə edər. Ona görə də şəkər qəbulu ilə xərçəng hüceyrələrinin inkişafı arasında sıx rabitə vardır. Şəkəri həddən artıq çox qəbul edənlər gərək onu məhdudlaşdırsınlar.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol