• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Həsənovdan bütün hərbi hissələrə TAPŞIRIQ + FOTOLAR

Zakir Həsənovdan bütün hərbi hissələrə TAPŞIRIQ + FOTOLAR
29.05.2020 02:37
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin bütün hərbi hissə və bölmələrində silah və hərbi texnikanın istismarının qış rejiminə keçirilməsi ilə əlaqədar tapşırıq verib.

ANN.Az Müdafiə Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, silah və texnikanın qış aylarında fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtkü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilib.

Hərbi hissələrdə fəaliyyətə başlayan texniki xidmət məntəqələrində silahlanmada olan bütün döyüş və xüsusi texnikaların yanacaq-sürtkü materialları dəyişdirilir, filtr və aqreqatlara planlı şəkildə qulluq göstərilir, elektrik və hidravlik sistemləri yoxlanılır.

Nəzərdə tutulan fəaliyyətlər müəyyən edilmiş müddətdə başa çatdıqdan sonra silah və hərbi texnikanın hər bir nümunəsinin təhlili aparılaraq nəticələri barədə yuxarı komandanlığa məruzə olunacaq.

Bütün növ silah və texnikanın qış rejimində istismara hazırlığı ilə əlaqədar görülən tədbirlər hərbi hissələrin döyüş qabiliyyətinin artırılmasına hesablanıb.
 






www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol