• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncədə 3 "avtoş" tutulub

Gəncədə 3 "avtoş" tutulub
16.10.2016 18:01
Gəncədə yol hərəkəti qaydalarını pozaraq müxtəlif ərazilərdə və toy karvanlarında avtoxuliqanlıq edən 3 nəfər saxlanılıb.

ANN.AZ APA-ya istinadən xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi şöbəsi əməkdaşları şəhərin müxtəlif ərazilərində avtoxuliqanlıq edən gəncləri müəyyən edərək məsuliyyətə cəlb edib.

Saxlanılan şəxslər Gəncə şəhər sakinləri 1991-ci il təvəllüdlü Emin Bədirov Hyunday markalı avtomobillə, 1989-cu il təvəllüdlü Ruslan Səlimov "VAZ2107” ilə və Samux rayon sakini 1993-cü il təvəllüdlü Ceyhun Əliyev isə "Niva” markalı maşın ilə avtoxuliqanlıq ediblər. DYP-nın inspektoru Hacı Həsənovun verdiyi məlumata görə, avtoxuliqanlıq edən sürücülər həm vizual qaydada, həm də təhlükəsiz şəhər kameralarının görüntüləri vasitəsiylə müəyyən edilib. Onların sürücülük hüququ məhkəmənin qərarı ilə bir il müddətində məhdudlaşdırılıb və barələrində inzibati qaydada 20 sutkalıq həbs qəti imkan tədbiri seçilib.

Yol Polisi əməkdaşları şəhərdə qayda pozan və avtoxuliqanlıq edən sürücülərə qarsı tədbirlərin mütəmadi olaraq davam etdiriləcəyini bildiriblər.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol