• $
  • €
  • ₽
  • ₺
  • £

Payız stresindən qurtulmağın ən təbii üsulu

Payız stresindən qurtulmağın ən təbii üsulu
16.10.2016 18:53
Stres - insanın gözlənilməz, onu gərginləşdirən şəraitlə qarşılaşarkən verdiyi emosional reaksiyadır. Ruh düşkünlüyünə, hətta bir sıra xəstəliklərə səbəb olan stressin səbəbləri çox olduğu kimi, onunla mübarizə yolları da az deyil.

Şəhər həyatı, səs-küyün artması, çətin həyat tərzi, nəqliyyat problemi və digər hallar insanda stres yaradır. Aydın məsələdir ki, hər insan gün ərzində özünü gümrah və enerjili hiss etmək istəyir. Lakin yuxarıda dediyimiz kimi, bu heç də həmişə mümkün olmur. Gündəlik iş həyatı və ya məişət problemləri həyəcanı bilavasitə stresə səbəb olur. Bununla əlaqədar, demək olar ki, sakitləşdirici vasitələr praktiki olaraq hər bir insana lazımdır.
 
ANN.Az publika.az-a istinadən xəbər verir ki, dietoloq Şəfiqə Aydın Səlcuq payız aylarında yaranan bu kimi stresin qarşısını almaq üçün bədəni rahatlaşdıran içkilərə üstünlük verməyi tövsiyə edib. Onun sözlərinə görə, alma və nanə çayı sakitləşdirici xüsusiyyətlərə malikdir. Daim stres altında olan insan şirniyyatlara, yağlı və hazır qidalara, daha çox meyil edir. Amma həmin ərzaqlar stres əleyhinə elə də kömək etmir, insan gün ərzində özünü yuxulu və yorğun hiss edir, əlavə streslə yükləyir.

Ərzaqlar: Alma, limon, nanə yarpağı, şəkər, çay

Hazırlanması: Almanı yuyub təmizləyib kubik şəklində doğrayır, limonu dilimlərə bölür, sonra isə doğranmış nanə və 1 çay qaşığı toz şəkəri alma və limonun üzərinə əlavə edirik. Üstünə qaynar çay töküb dəmlənməsi üçün 30 dəqiqə gözləyirik.

Dietoloq: "Qeyri-sağlam qidalanma, uzun müddət ac qalmaq, həddindən artıq yağlı yeməklər, alkoqol və həddindən artıq kofein qəbul etmək əsəbilik və dözümsüzlük kimi xoşagəlməz vəziyyət yaradır. Dolayısı ilə stres hormonlarını çoxaldır. Piroq və qoğal kimi un məmulatları yerinə, kəpəkli çörəkarası pendir, qoz və fındıq kimi daha az yağlı və doyumlu məhsullar seçin. Gündə ən az bir dəfə zülallı qidalara yer verin. Əgər insanın zülal ehtiyacı qarşılanmazsa, həm maddələr mübadiləsi zəifləyir, həm də orqanizminizdə anemiya (qanazlığı), halsızlıq və əzələ itkisi yaranır ki, bu da insanın özünü zəif və gücsüz hiss etməsinə yol açır.

Stres zamanı immun sisteminin zəifləməsi nəticəsində infeksiya və xəstəliklərə tutulmaq riski artır. Yerkökü, tünd-yaşıl yarpaqlı tərəvəzlər, sarı-narıncı meyvələrdə olan beta-karotin də immun sisteminə müsbət təsir göstərir.

Stres ilə mübarizə yollarının bir neçə üsulu:

Streslə mübarizə özünətəsirdən başlayır - özünüzün fiziki və emosional əmin-amanlığınıza görə yalnız siz cavabdehsiniz. Optimist olun. Pessimizm stresin yüksək səviyyədə olmasına zəmanət verir.

Müntəzəm olaraq idmanla məşğul olun.

Hər işə nizam-intizamla yanaşın. Səliqəsizlik, intizamsızlıq bir tərəfdən "azadlıq" hissi bəxş etsə də, əslində, stres yaradır.
Yaxşı yaşamağa çalışın - vaxtlı-vaxtında istirahat etmək lazımdır - bir qədər yuxulamaq, kitab oxumaq, musiqiyə qulaq asmaq və s.
Keçmiş hadisələr haqqında çox fikirləşməməyə çalışın. Arabir masaj salonuna getmək - gərginliyin, stresin azalmasına təsir edir.
 
Həmişə hadisələrin xeyrinə, ümumiyyətlə, yaxşı sonluqla qurtaracağına inanın.
 
Unutmayın, insanın stresdən tez və ya gec çıxması çox vaxt onun öz əlində olur.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol